Bu gün:

Bu Aztek mətnləri İspan fəthini təsvir edir


16-cı və 17-ci əsrlərə aid üç kodeks Azteklər və indiki Mexiko şəhəri haqqında tarixi təfərrüatları təsvir edir.Meksika Milli Antropologiya və Tarix İnstitutunun (INAH) məlumatına görə, hazırda Meksika kimi tanınan bölgənin çoxəsrlik kodeksləri öz ana dillərində Azteklər haqqında çoxlu məlumat ehtiva edir. Bunlara paytaxtlarının qurulması, fəthləri və ispanların süqutu ilə bağlı təfərrüatlar daxildir.

Meksika hökuməti bu yaxınlarda Aztek sənədlərini nəsillər boyu ötürmüş şəxsi ailədən San Andrés Tetepilco Kodeksləri kimi tanınan üç təsvirli kodeks aldı. Azteklər 15-16-cı əsrlərdə Meksikanın böyük bir ərazisini idarə etdilər. Onların paytaxtı indi Mexiko olan Tenochtitlanda idi. 1519-1521-ci illər arasında bir İspan qüvvəsi Aztekləri işğal etdi və bölgədə İspan hökmranlığını qurdu. Doğma nahuatl və ispan dillərində yazılmış kodekslər 17-ci əsrin əvvəllərinə qədər istehsal olunmağa davam etdi.INAH nümayəndələrinin bəyanatında deyilir ki, yeni əldə edilmiş kodekslərdən biri Tenochtitlanın təxminən 1300-cü illərdə qurulmasını və İspandan əvvəlki dövrdə onu idarə edən lordları təsvir edir. Kodeks həmçinin 1440-cı ildə Tetepilko şəhərinin Azteklərin fəthini və onun hökmdarının Azteklərə necə vassalı olmağa and içdiyini təsvir edir. Açıqlamada qeyd edilir ki, kodeksdə ispanların 1519-cu ildə gəlişi və 1611-ci ilə qədər hökmranlıqları təfərrüatlıdır. İspanlar 1821-ci ilə qədər Meksikanı idarə etməyə davam etdilər. Kodekslər anonim qalmaq istəyən Mexiko şəhərindən olan bir ailəyə məxsus idi. Mexikodakı Metropolitan Muxtar Universitetinin alimləri kodeksləri tədqiq edərkən səhifələrdən ikisinin amate və ya qabıqlı kağıza yazıldığını aşkar etdilər. Bundan əlavə, kodekslərin mürəkkəbləri bitkilərdən, kömürdən və indiqodan hazırlanmış, qırmızı, sarı oxra, qara və mavi rənglər yaradılmışdır. Açıqlamada qeyd olunub ki, sənədlərin həqiqiliyi təsdiqləndikdən sonra hökumət ailə ilə danışıqlar aparıb və üç kodeksi 9,5 milyon pesoya (təxminən 570 min dollar) alıb. Ailə tərəfindən satılan digər iki kodeksdə biri Tetepilco-nun yaradılmasını, digəri isə Tetepilkodakı kilsəyə məxsus aktivləri təsvir edən məlumatı ehtiva edir.

Mənbə: Arkeofili

Tərcümə etdi: Fatimə Şükürova

Paylaş
Şərh əlavə et