Bu gün:

Pompeydə tapılan tikinti sahəsi


Arxeoloqlar Pompeydə vulkan püskürməsi nəticəsində dağıdılmış IX Regioda aparılan qazıntılar zamanı tikinti sahəsi aşkar ediblər. Qədim qübbənin otaqlarında aparılan qazıntılar tikinti sahəsinin sürətlə davam etdiyinə dair mühüm dəlilləri ortaya qoyur: iş alətləri, üst-üstə yığılmış plitələr, tuf kərpicləri və əhəng yığınları.

Pompey, İtaliyanın Neapol yaxınlığında yerləşən Roma şəhəri idi. Roma Herkulaneum şəhəri ilə birlikdə eramızın 79-cu ildə Vezuvi dağının püskürməsi zamanı 4-6 metr hündürlüyündə vulkanik kül və pemzanın altında basdırılıb. Pompey Arxeoloji Parkının son press-relizinə görə, arxeoloqlar alətlər, plitələr, əhəng yığınları və üst-üstə yığılmış tuf kərpicləri ilə dolu Roma tikinti sahəsi tapıblar. Bu ərazi, ehtimal ki, püskürmə günü ərzində aktiv idi. Sözügedən partlayış günorta saatlarında başlayıb və ertəsi gün səhərə qədər davam edib.

Mənbə: Arkeofili

Tərcümə etdi: Fatimə Şükürova

Paylaş
Şərh əlavə et