Bu gün:

Günəş tutulması qeydləri arxeoloqlara vacib məlumat verir


Arxeoastronomiya tarixləri hesablamamıza kömək etmək üçün keçmiş tam günəş tutulmalarının nadir vaxtlarından və yerlərindən istifadə edir. Eramızdan əvvəl 648-ci ildə yunan şairi Arxilox yazırdı: “İndi olimpiyaçıların atası Zevs parlaq Günəş işığını gizlətməklə günorta vaxtını gecəyə çevirdi, heç nə təəccüblü, qeyri-mümkün və möcüzəvi ola bilməz”.

Tam Günəş tutulmaları əsrlər boyu insanları valeh etmiş və qorxutmuşdur. Bu gün biz bilirik ki, tam Günəş tutulması (8 aprel 2024-cü ildə baş verəcək tutulma kimi) Ayın Yerlə Günəş arasına girərək Günəşi bir anlıq maneə törətdiyi kosmik qəza nəticəsində baş verir. Ancaq qədim zamanlarda bunun səbəbi məlum deyildi. Yenə də o vaxtkı insanlar bunu nəzərə alırdılar. Günün gecəyə çevrilməsi və ya Günəşin sönməsi ilə bağlı hekayələr bütün dünyada dolaşır və bu qeydlər yeni bir araşdırma sahəsi açır. Arxeoastronomiya adlanan astroarxeologiya, tarixin mühüm anlarını və ya hadisələrini qeyd etmək üçün astronomik qeydlərdən istifadə edir. Bütün astronomik hadisələr arasında tam Günəş tutulmaları ən yaxşı ölçülənlər arasındadır, çünki onları yalnız müəyyən bir vaxt və yerdə görmək mümkündür.

Mənbə: Arkeofili

Tərcümə etdi: Fatimə Şükürova

Paylaş
Şərh əlavə et