Bu gün:

Miyopik astiqmatizm


Miyopik astiqmatizm buynuz qişanın formasına, gözün qarşısındakı şəffaf təbəqəyə və ya göz uzunluğuna görə yaxından görmə şikayəti ilə baş verir.  Adətən uşaqlıq və ya yeniyetməlik dövründə başlayır.  Bununla belə, başlanğıc yaşı fərdlər arasında geniş şəkildə fərqlənə bilər və bəzi insanlar bu vəziyyəti daha yaşlı olanda müşahidə edə bilər.

Miyopik astiqmatizmin başlanğıcı və inkişafı genetik faktorlardan, yaxın işlərə sərf olunan vaxtdan (məsələn, oxumaq və ya kompüterdən istifadə etmək) və ehtimal ki, ətraf mühit faktorlarından təsirlənə bilər. Xüsusilə uşaqlarda düzəldilməmiş görmə problemləri öyrənmə və inkişafa təsir edə bildiyi üçün müntəzəm göz müayinələri erkən aşkarlanması və müalicəsi vacibdir. Digər tərəfdən keratokonus adlanan pozğunluq da eyni yaşda başlayır. Keratokonus gözün ön səthinin (buynuz qişasının) zamanla incəlməsi və konusvari forma alması ilə xarakterizə olunan göz xəstəliyidir. Adətən yeniyetməlik və ya gənc yetkinlik dövründə, təxminən 10-25 yaşlarında başlayır. Ancaq bu vəziyyətin baş verdiyi yaş fərddən fərdə dəyişə bilər.

Keratokonusun irəliləməsi insanın yaşından, xəstəliyin nə vaxt başladığından və bir çox başqa amillərdən asılı olaraq dəyişə bilər. Xəstəlik adətən yavaş inkişaf edir və 10-20 il ərzində stabil vəziyyətə gələ bilər.  Keratokonus bəzilərində yüngül simptomlarla ortaya çıxsa da, bəzilərində buynuz qişanın transplantasiyasına səbəb ola biləcək göz xəstəliklərinə səbəb ola bilər.  

Keratokonus genetik səbəblərdən də yarana bilər və gözlərini çox ovuşduran və qaşıyan insanlarda çox rast gəlinir. Tez-tez göz ovuşdurmaq və cızmaq göz allergiyası və daun sindromlu insanlarda çox rast gəlinən bir hadisədir. Erkən diaqnoz və düzgün müalicə görmə itkisinin qarşısını almaq və həyat keyfiyyətini qorumaq üçün vacibdir.


Mənbə: hüriyyet

Tərcümə etdi: Aynur Mikayılova

Paylaş
Şərh əlavə et