Bu gün:

Yapon toyları haqqında az bilinən faktlar


Hər bir ölkədə toyların qeyd edilməsi üçün fərqli ənənələr var. Bir çox qərb ölkələrində oxşar xristian toyları olsa da, Yaponiyadakı adət-ənənələr çox fərqlidir. Toy etməyin iki yolu var. Ənənəvi Yapon üslubu və ya xristian kilsəsi üslubu. İndi bir çox insanlar qərb kilsəsinin toylarını seçsə də, bu toylara ənənəvi Yapon mədəniyyəti də daxildir.

1. Kilsədə evlənmək üçün dindar olmaq şərt deyil

Yaponların əksəriyyəti Buddist və Şintoist olsa da, kilsə və ya kilsədə evlənməyə üstünlük verən cütlüklər çoxdur. Yaponiyada bir çox insanlar, xüsusən də, qadınlar qərb üslubunda evlənmək istəyirlər. Gənc yapon qızları toylarında qərb ölkələrində olduğu kimi ağ gəlinlikdə iştirak etmək arzusundadırlar. Kilsədə evlənmək üçün xristian olub-olmamağın fərqi yoxdur. Kilsədə evlənmək sadəcə məşhurdur. Buna baxmayaraq ənənəvi Şinto toyları qərblilərdən daha ənənəvidir.


2. Həmkarlar və müdirləri dəvət etmək lazımdır

Qərb ölkələrində toylar ailənizi və yaxınlarınızı dəvət etdiyiniz xüsusi bir tədbirdir. Yaponiyada həmkarlar və müdirlər yaxın olmasalar da, onlar dəvət edilməlidir. Qərblilər üçün toy şəxsi hadisədir, Yaponiyada bu həm də sosial əlaqələri təmsil edən mərasimdir.  Əksər toylarda himayədarlar çıxış etmək kimi mühüm rolları öz üzərinə götürürlər.

3. Yapon toyları həqiqətən bahalı ola bilir

Yaponiyada evlənənlərin bilməli olduğu bir şey var. Yapon toyları çox bahalı olur. Yapon toyunun orta qiyməti 3,138,760 ¥ (27,800 dollar) təşkil edir. Bəzi zəngin Qərb insanları toylarına daha çox xərcləyə bilər, lakin orta toy xərcləri adətən 10.000 dolları keçmir. Yaponiyada toy edəcəksinizsə, nəzərə alın ki, külli miqdarda xərciniz olacaq. 


4. Nə geyinmək lazımdır?

Yapon toyuna dəvət olunsanız, Qərb ölkələrindəki kimi rəsmi geyinməlisiniz. Smokin və ya qara kostyum kişilər üçün uyğun olsa da, qadınlar üçün bir çox variantlar var. Rəsmi paltar, kostyum və ya kimono. Kimononu Qərb toylarında da taxmaq olar. Yaponlar qərblilərə nisbətən daha mühafizəkar olduqları üçün bədəni daha az açan paltar seçmək düzgün olardı.

Yapon toyuna dəvət olunduqda xoşbəxt cütlüyə nə verəcəyini düşünməlisən. Biz yaponlar, ümumiyyətlə, nağd pul veririk, hədiyyə yox. Yeni evlənən cütlüklərə toyları üçün verdiyimiz minimum məbləğ ümumiyyətlə 30.000-dir. Təbii ki, istəyən daha çox verə bilər. Əgər ailə üzvlərinizdən biri evlənirsə, daha çox verməyi seçməlisiniz. Şuqi-bükuro (Şuqi-bükuro) adlı xüsusi zərf alıb üzərinə adınızı yazdıqdan sonra toya girən kimi pulunuz olan zərfi qəbulda qoyub qonaqlar kitabına adınızı yazırsınız.

6. Kokteyl (Kekkon Hiroen)

Toy mərasimindən sonra əksər qərb ölkələrində olduğu kimi kokteyl verilir. Qərb ölkələrindən fərqli olaraq, Yaponiyada kokteyl məclisləri daha formal xarakter daşıyır. Adətən toy yeməyi verilir. Bir çox insan yeni evlənən cütlük üçün çıxış edir. Gəlin bu şam yeməyinə fərqli geyimdə qatılır.

7. Toydan sonrakı qonaqlıq

Toy mərasimindən sonra keçirilən kokteyl məclisləri bir neçə saat davam edən rəsmi tədbirlərdir. Kokteyldən sonra keçirilən toydan sonrakı məclislər qeyri-rəsmi istirahət məclisləridir. Kokteyldən fərqli bir yerdə hazırlanır. Bu məclisə toya dəvət oluna bilməyən dostlar da dəvət olunur. Daha rahat söhbət edə, rəqs edə və içə bilərsiniz.

Toylar həyatın xoşbəxt anını qeyd etmək üçün keçirilən xüsusi tədbirlərdir. Başqa mədəniyyətlərin toylarında iştirak edərkən onlar haqqında hər şeyi bilmək vacibdir.

Mənbə: Asialogy


Tərcümə etdi: Nailə Hadizadə

Paylaş
Şərh əlavə et