Bu gün:

Azərbaycanda Novruzun simvolu olan “Səməni”


Türk dünyasının ən önəmli bayramlarından olan, yazın müjdəçisi sayılan Novruzu müxtəlif adət-ənənələrlə qeyd edən Azərbaycanda buğdanın qabda isladılıb yaşıllaşması nəticəsində yaranan “səməni” Novruzun ən mühüm rəmzi hesab olunur.

Torpağın yaşıllaşması ilə həm də həyat və bərəkət simvolu olan səməni Novruza bir ay qalmış hazırlanmağa başlanır və bir ayda yaşıllaşan otlar evdə qırmızı lentlə bağlanıb rəngli süfrələrin ortasına qoyulur. Səməni Azərbaycanda müxtəlif şirniyyatlar və konfetlərlə bəzədilmiş Novruz süfrəsinin vazkeçilməz bəzəyidir.


Səməni üçün, ilk növbədə, toxumluq buğda seçilir və buğda 2-3 gün suda saxlanılır. Buğda müəyyən şişkinliyə çatdıqdan sonra boşqaba qoyulur və üzərinə cuna qoyulur. Buğda cücərməyə başlayanda parça çıxarılır və kifayət qədər cücərməsini təmin etmək üçün bir neçə gündən bir səməniyə su verilir. Hazır səməni bayram süfrələrində bəzək kimi öz yerini tutur.


Mənbə: Hürriyyet

Tərcümə etdi: Səmayə Qədirova

Paylaş
Şərh əlavə et