Bu gün:

Hər səhər acqarına bu qidanı yeyin


Təbii dərman kimi istifadə olunan qara zirə(çörəkotu) əsrlər boyu təbabətdə istifadə olunur. Hazırda da qara zirə həm müalicə məqsədilə, həm də ləzzətli dadına görə tez-tez yeməklərdə istifadə olunur. Ancaq qara zirənin bütün faydalarından faydalanmaq üçün onu acqarına yemək lazımdır. Səhərlər acqarına yeyilən qara zirənin güclü təsirlərə malik olduğu açıqlanıb.

Bir az acı və kəskin dadı olan qara zirə tərkibindəki güclü qida dəyəri sayəsində sağlamlığımız üçün ən müalicəvi mənbələrdən biridir. Lif, dəmir və zülal baxımından zəngin olan qara zirə xəmir, salat və qəlyanaltılarda tez-tez istifadə olunur. Ancaq qara zirəninin acqarına yeyilməsi təsəvvür belə edə bilməyəcəyiniz qədər faydalardır. Xüsusilə, səhərlər acqarına qəbul edildikdə həzm sisteminin daha yaxşı işləməsini dəstəkləyir.

Qara zirənin liflə zəngin olması həzm sistemini tənzimləyir və qəbizlik problemlərini azaldır. Bundan əlavə, qara zirə tərkibindəki antioksidantlar sayəsində bədəni sərbəst radikalların zərərli təsirlərinə qarşı qoruyur və immunitet sistemini gücləndirir.

İmmunitet sistemini gücləndirən qara zirə sayəsində orqanizmimiz xəstəliklərə qarşı müqavimətini artırır.

Digər tərəfdən acqarına qara zirə yemək enerji səviyyəsini artırır və gün ərzində daha çox enerji verir. Bir stəkan suya 1 çay qaşığı qara zirə əlavə edin və 10 dəqiqə gözlədikdən sonra istehlak edin. İstəyirsinizsə, çeynəyib və ya üyüdərək istehlak edə bilərsiniz.

Mənbə: Habertürk 

Tərcümə etdi: Aytac Musayeva 


Paylaş
Şərh əlavə et