Bu gün:

"Elə düyünlər var ki, bir ömür qalır..."


24 media.az-ın "1 sual, 1 cavab" rubrikasının bu dəfəki müsahibi endokrinoloq Xanım Atayevadır. O, qalxanvari vəzi haqqında danışıb.         

-Sizcə, zob xəstəliklərini təbii yolla müalicə etmək mümkündürmü?

Qalxanvari vəzi boyunun ön hissəsində yerləşən kəpənəyə bənzər vəzidir. Kiçik olmasına baxmayaraq, bədəndə böyük funksiyalar yerinə yetirir. Qalxanvari vəzi uşağın həm fiziki, həm əqli inkişafında çox mühüm rol oynayır. Vəzidə olan dəyişikliklər özünü iki cür göstərir: hormonal və struktur. Müayinə zamanı ultrasonda bu dəyişiklikləri görə bilirik. Buna görə pasientdən histoloji müayinə tələb edirik. Düyünlər kistik, solid, miks ola bilər. Ətraf toxumalara münasibətinə görə qeyri-kompresif, kompresif formaları var. Kompresif düyünlər ətraf toxumaları sıxan düyünlərdir. Qalxanvari vəzinin müalicəsində cərrahi, dərman və radioaktiv metodlardan istifadə olunur. Həkim pasient üçün hansı müayinə metodu doğrudursa, ona qərar verməlidir. Cərrahi müdaxilədən sonra da pasientin həkim müayinəsinə qayıtması məsləhətdir, çünki pasientin hormonal balansının tənzimlənməyə ehtiyacı olur. Bütün düyünlər cərrahi əməliyyat olacaq deyə bir şey yoxdur. Ele düyünlər var ki, bir ömür qalır. Bu cür düyünlərə əməliyyat məsləhət görülmür. Sadəcə pasient hər zaman bu düyünləri nəzarətdə saxlamalı və unutmamalıdır. Təbii yolla müalicə köməkçi vasitədir. Qalxanvari vəzinin müalicesi üçün əsas olan müalicə metodu deyil. Bəzən pasient təbii yolla müalicəyə üstünlük verir və bu zaman ciddi narahatlıqlar, xəstəliyin ağırlaşması halları baş verə bilir. Birmənalı olaraq, təbii vasitələr vəzini müalicə edə bilməz. Lakin pasiente dioqnoz təyin etdikdən sonra təbii vasitələr tövsiyə edilə bilər. Bəzən insanlar qalxanvari vəzinin müalicəsində yoddan istifadə edirlər. Ancaq qalxanvari vəzinin patologiyasında yoda qarşı əks göstəriş halları baş vere bilir. Buna görə də yaxşı olar ki, pasientler həkim ilə məsləhətləşərək təbii vasitələrdən istifadə etsinlər.                          

Hazırladı: Aynur Mikayılova

Paylaş
Şərh əlavə et