Bu gün:

Hanbok nədir?


Hanbok ənənəvi Koreya geyiminə aid olan Koreya sözüdür. Hanbok dünyanın ən gözəl moda üslublarından biridir və 2000 ildən çoxdur sevilir.

Hanbok koreyalılar tərəfindən böyük bayramlarda, ad günü qeyd etmələrində və toylarda geyilir, lakin koreyalıların çoxu ənənəvi hanbokun arxasındakı dərin tarix və əhəmiyyəti bilmir. Koreya modasına dair bu son bələdçidə hanbokun nə olduğunu araşdıraq. Hanbokun Qoquryeo Krallığı dövründə  dizayn edildiyi güman edilir və hamı tərəfindən müxtəlif üsullarda və materiallarda geyilirdi. O, əvvəlcə onun daşıyıcılarının hərəkətlərində sərbəstlik əldə edə bilməsi üçün hazırlanmışdı.

Tarixi boyu dəyişikliklər olsa da, hanbok bu gün Koreyada qeyd etmələr, toylar, ad günləri və əlamətdar günlər üçün geyilir və Koreya xalqının estetikasını təmsil edir. Dünyanın hər yerindən insanlar hanboku seviblər və onu hanboku yüksək moda etmək üçün dəblərinə daxil ediblər.

Tərcümə etdi: Səma Cəlilova

Mənbə: Korea guide

Paylaş
Şərh əlavə et