Bu gün:

Yaponiyada yeni epidemiya: Strep A virusu


Yaponiyada sürətlə yayılan və səbəbi hələ müəyyən edilməmiş Strep A infeksiyası bəzi xəstələrin ölümünə səbəb olmaqla ölkədə narahatlıq yaradıb. Beləliklə, Yaponiyada sürətlə yayılan Strep A infeksiyası nədir?

Strep A nədir? Semptomlar hansılardır?

Elmi adı "Streptococcus pyogenes" olan "Strep A" adətən yüngül boğaz ağrısı və udma çətinliyi olan xəstələrdə özünü göstərir. Strep A-nın dəri və yumşaq toxuma infeksiyalarına da səbəb ola bilən bir bakteriya olduğu deyilir.

Tənəffüs yolu infeksiyalarına da səbəb ola bilən Strep A infeksiyası adətən yüngül keçir. Strep A infeksiyası birbaşa aşkar edilə bilməz, çünki digər amillərin səbəb olduğu boğaz infeksiyalarına oxşar simptomlara malikdir. Xəstəliyin irəlilədiyi ağır hallarda, Strep A infeksiyası insanları orqan çatışmazlığına gətirib çıxara bilər.


Yaponiyada Strep A-ya nə qədər yoluxma halı aşkar edilmişdir?

Səlahiyyətlilərin Yaponiyada yayılma səbəbini müəyyən etməkdə çətinlik çəkdiyi Strep A infeksiyası, 2024-cü ilin ilk iki ayında 378 halda görüldü. Yaponiyanın 2 prefekturasından başqa, Strep A infeksiyasına daha 45 prefekturada rast gəlindiyi qeyd edilib. Strep A infeksiyasının 2023-cü ildə 941 halda müşahidə edildiyi müəyyən edilib.


Strep A ölümə səbəb olurmu? Neçə insan həyatını itirdi?

Yaponiyada artan bu epidemiya 30 yaşdan yuxarı şəxslərdə ciddi xəstəliklərə və ölümə səbəb ola bilər. Yapon mediasının məlumatına görə, 2023-cü ilin iyul-dekabr ayları arasında Strep A diaqnozu qoyulmuş 50 yaşdan kiçik 65 nəfərin təxminən üçdə biri öldü. 45 şəhərdə görülən virus 21 nəfərin ölümünə səbəb olub.


Strep A infeksiyasının Covid-19 epidemiyası ilə əlaqəsi varmı?

Strep A infeksiyasının sürətlə yayılmasının səbəbini hələlik mütəxəssislər izah edə bilmirlər. Bəzi ekspertlər Strep A infeksiyasının sürətlə yayılmasının Covid-19 pandemiyası zamanı tətbiq edilən məhdudiyyətlər və tədbirlərlə bağlı ola biləcəyini düşünürlər.


Mənbə: ajanshaber

Tərcümə etdi: Nəzrin Orucova

Paylaş
Şərh əlavə et