Bu gün:

Sınıq ürək sindromu nədir?


Sınıq ürək sindromu nədir?

Stressdən qaynaqlanan kardiyomiyopatiya olaraq da bilinən Broken Heart Sindromu, emosional və ya fiziki stress nəticəsində yaranan bir vəziyyətdir. Bir insanın emosional vəziyyətinə mənfi təsir göstərən hadisələr, məsələn, sevilən birindən ayrılma və ya onu itirmə, aldatma, travmalar, şoklar, depressiya, stresli diş çəkmə və ya sevincli xəbərlər (övlad sahibi olmaq, bonus qazanmaq və s.) bu sindroma səbəb ola bilər. Qadınlarda kişilərə nisbətən daha çox rast gəlinir. İnsana emosional təsir göstərən bu hadisələr ürəyin işinə də təsir edir və onun tarazlığını pozur. Stress hormonlarının həddindən artıq ifrazı ilə adrenalin hormonu artır və xoşbəxtlik hormonu olan endorfinin ifrazı azalır. Ürəyin işində anormallıqlar baş verir. Bu dəyişikliklər maddələr mübadiləsinə təsir edir və insanda bəzi əlamətlər yaranır. Ən çox görülən simptomlar ürək döyüntüsü, nəfəs darlığı, döş qəfəsində sıxılma və ağrıdır. İnsanlar bunu infarkt kimi yaşasalar da, Broken Heart Sindromunda koronar arteriya tıxanması yoxdur. EKQ və aparılan qan analizlərində iki xəstəlik arasında fərqlər var. Müayinələr aparılmazdan əvvəl, simptomlar görünməzdən əvvəl ani emosional dəyişikliklərə səbəb olan bir hadisə ilə qarşılaşıb-yaşamadığını soruşmaq lazımdır. Qırılan Ürək Sindromunun ürəyə ciddi təsirləri olduğu görünsə də, müalicəsi mümkün olan bir xəstəlikdir və təsirləri qısa zamanda öz-özünə yox olur.

Mənbə: Kemalarıkan

Tərcümə etdi: Fatimə Şükürova

Paylaş
Şərh əlavə et