Bu gün:

Psixosomatika nədir?


24media.az-ın “1 sual, 1 cavab” rubrikasının budəfəki müsahibi terapevt Günəş Nəbiyevadır. O, psixosomotika haqqında danışıb. 

-Psixosomotika deyəndə nə başa düşülür və psixosomotika nə ilə nəticələnə bilər? 

Psixosomotika bədənsəl olaraq gördüyümüz xəstəliklər, simptonlar və potologiyaların gözə görünməyən tərəfini, yəni pxsixoloji tərəfini öyrənən elmdir. Psixosomotika dedikdə həm də xəstəliyin ruhi tərəfi olaraq başa düşülür. Çünki biz tək bədəndən ibarət deyilik. Müasir tibb göstərir ki, çox müalicə üsulları var, amma nə qədər bu üsullar müasirləşsə də, yeni müayinə üsulları  yaransa da bir xəstəliyin sağalması bir qədər gec olur. Bir çox alimlər, təbiblər artıq bədənə ümumi baxırlar. Yəni tək bədən deyil, bədəndə olan canla da maraqlanırlar. Xəstəliklərin dərinliyini araşdırdıqca onların fiziologiyadan da başqa mövhumların da olduğunu qeyd ediblər. El arasında deyirik ki, hər bir xəstəliyin arxasında stress faktoru var. Yəni şüur və şüuraltı, beynimizdən gələn müəyyən əmrlər, proqramlar var ki, bizim bədənimi qorumaq məqsədi ilə bədənimizə xəstəlik şəklində enir. Psixosomotika da məhz bunu araşdırır: hər bir xəstəliyin arxasında nə mesaj durur, bədən bu simptomu göstərməklə əslində hansı duyğunu, hansı basdırılmış, yaşanmamış hadisələrdəki ruh halını göstərir. 

Bizim ruhumuz olmasa bədəndə heç bir proses getmir. Biz insan olaraq üçü birində olan varlığıq. Bədən gözlə görünən varlıqdır. Gözlə görünməyən tərəflər bizim canımız və ruhumuzdur. Ruhdan və candan gələn mövhum isə şüurdur. Şüur gözlə görünməsə də hər şeyi hiss edir, ölçür-biçir, əsrlər boyu yaşamış insanların təcrübəsini proqram şəklində yaddaşa verir. Bu yaddaş nəticəsində biz müasir dövrə gəlib çatmışıq. Yəni proqramlar bizim bədənimizi yönəldir, bütün prosesləri, bədənin istiyini, təzyiqini, ürəyin ritmini, hormonların hormonal vəzdə ifrazını, həzm sistemini idarə edən gözə görünməz varlıqdır. Bu üçü bir yerdə vəhdətdədirsə biz sağlamlıq mövqeyində oluruq. Əgər bu üçü arasında olan balans pozularsa, təhlükə qarşısında bədənimiz bu reaksiyaları verir: qorunma, vur-qaç, don. Bu reaksiyalardan üçündən biri yaranırsa, artıq bədəndə də simptom yaranır. Yəni balans pozulanda biz xəstəliklə qarşılaşırıq.

Psixosomotika haqqında bir çox kitablar var idi, lakin klassik tibb bunu inkar edirdi. Artıq insana robot kimi deyil, bir varlıq, can kimi baxanda tibb daha da dərinə endi və xəstəliklərin psixoloji səbəblərinin də olduğunun qənaətinə gəldilər. Bir orqanda xəstəlik yarandısa, bu bir orqanın xəstəliyi demək deyil, çünki orqanın arxasında orqanlar sistemi durur. Pasientə bu xəstəliyin ona verdiyi mesaj nədir, nə üçün bədəni bu xəstəliyi seçib izah edəndə müalicədə daha yaxşı nəticə alırıq. Yeni neyron əlaqələri yeni hormonlar, yeni hormonlar isə yeni proqram deməkdir. Beləcə, insanı özünü özünə tanıtmağa nail oluruq. 

Gülnisə Əfkari

Paylaş