Bu gün:

Tez yemək üçün səbəblər


Həyatın sürətli tempində biz məhdud vaxtda çox iş görməyə çalışırıq. Bu səbəbdən yemək və yatmaq kimi fəaliyyətlərə daha az vaxt ayıraraq işimizə daha çox vaxt ayırmağa çalışırıq. Bu, keyfiyyətsiz yuxu və sürətli yemək kimi problemləri də gətirir. Həyat keyfiyyətinə birbaşa təsir edən sürətli yemək vərdişləri bir çox səbəblə ortaya çıxa bilər. Xüsusilə, çox və sürətli yeməyin zərərli təsirləri uzun müddətdə bizə çox təsir edə bilər. Bu davranışa səbəb ola biləcək bəzi səbəblərə nəzər salaq: 

Ayaq üstə yemək

Sürətli yeməyinizin səbəblərindən biri ayaq üstə yemək yediyiniz ola bilər. Süfrədə oturarkən yemək yeyirsinizsə, yeməyi daha kiçik hissələrlə yeyəcəksiniz. Ancaq ayaq üstə yemək yeyərkən sürətli yemək zehniyyətinə düşə bilərsiniz. Bundan əlavə, televizor qarşısında yemək yemək sürətli yeməyə səbəb olan vərdişlərdən biri ola bilər. 

Tək yemək 

Tək oturub yemək tez yeməyə səbəb ola bilər. Fərdlər tək yemək zamanı tez-tez sürətlərini artırırlar. Tək yemək yeyərkən sürətinizə diqqət yetirməklə də sürətli yeməyin qarşısını ala bilərsiniz.

Uzun müddət oruc tutmaq 

Yeməkdən imtina etdikdə və uzun müddət ac qaldıqda sürətli yeməyə meyil arta bilər. Bu vəziyyətin qarşısını almaq üçün yeməklərinizi müntəzəm olaraq qəbul edə bilərsiniz. 

Tez yeməyin psixoloji səbəbləri:

Sürətli yeməyin səbəbləri arasında bəzi psixoloji amillər və sizin fərqində olmadığınız emosional yemək davranışı var. Əcdadlarımızdan bəri tarix boyu qidalanma həmişə rəqabətli bir vəzifə olmuşdur. Bu səbəbdən psixoloji olaraq tez yeməyə çalışırsınız. Bundan əlavə, bəzi insanlar psixoloji cəhətdən bədbəx hiss etdikdə daha sürətli yeməyə meyilli ola bilərlər.

Mənbə:salus mental

Tərcümə etdi: Pərvin Əhədov

Paylaş
Şərh əlavə et