Bu gün:

"Təhlükəsizlik kəməri cərimədən yayınmaq üçün deyil"


24media.az-ın “1 sual, 1 cavab” rubrikasının növbəti qonağı təhlükəsizlik üzrə ekspert Elmar Nurəliyevdir. O, təhlükəsizlik kəməri barəsində danışıb.

Təhlükəsizlik kəmərini taxmamaq nələrə səbəb ola bilər?

Ümumiyyətlə, təhlükəsizlik kəməri çox vacib bir elementdir. Qəza zamanı təhlükəsizlik kəmərinin taxılması həm sürücünü, həm də arxa oturacaqda oturmuş sərnişini çox zədələnməkdən, ağır xəsarətlər almaqdan qoruyur. Bu kimi hadisələrdə təhlükəsizlik kəməri taxılmadığı üçün qəza anında zərbənin təsiri ilə sərnişin yaxud sürücü avtomobildən metrələrcə kənara pəncərədən çıxa bilir və ya qapıdan yerə düşür. Bunların hamısı kəmərin taxılmaması nəticəsində baş verir. Bir sözlə, sərnişinin təhlükəsizlik kəməri olarsa,  zərbədən qorunmuş olur. Ona görə mütləq sürücülər bilməlidirlər ki, təhlükəsizlik kəmərini  cərimədən yayınmaq üçün taxmaq doğru deyil. Bu öz həyatları və sağlamlıqları üçündür. Mütləq kəmərdən istifadə etməlidirlər. Bəzən sürücünün yanında əyləşən sərnişin təhlükəsizlik kəmərini taxmır. Hər hansı bir qəza olarkən həmin nəqliyyat vasitəsində olan təhlükəsizlik yastığı açılanda belə, onun qabaqda oturan şəxsə və ya sürücünün özünə də təhlükəsizlik kəməri taxmırsa, mənfi təsirləri olur. Ancaq təhlükəsizlik kəməri olarsa, əlbəttə, bu cür təsirlərdən də qorunmuş olur. Ona görə də bu çox vacib elementdir. Bunu ciddiyə almaq lazımdır.

Gülay Qəribova

Paylaş
Şərh əlavə et