Bu gün:

Keçmişdən bu günə opera sənəti


Operanın mənşəyi 16-cı əsr İtaliyasına gedib çıxır. İtaliya İntibahı dövründə qədim Yunanıstan və Romanın teatr ənənələri yenidən kəşf edildi və nəticədə yeni teatr tamaşası növü yarandı. Bu şoularda müğənni aktyorlar, rəqqaslar və musiqiçilər bir araya gələrək musiqi və mahnılarla dramatik hekayələr danışırdılar.

Bu tip şoular sonralar opera adlanan şifahi musiqi əsərlərinin səhnələşdirilməsi ilə inkişaf etdirilmişdir. İlk opera əsəri sayılan “Dafne” adlı əsər 1597-ci ildə Florensiyada səhnəyə qoyulmuş və bu cür əsərlər tezliklə İtaliyanın digər şəhərlərində də məşhur olmuşdur.

17-ci əsrin əvvəllərində opera Avropanın digər bölgələrinə yayılmağa başladı. Fransa, İngiltərə, İspaniya, Almaniya kimi ölkələrdə opera əsərləri yazılmağa başlandı. Bu dövrdə Barokko dövrünün musiqi üslubunu əks etdirən opera əsərləri işlənib hazırlanmışdır.

18-ci əsrdə opera əsərləri daha da inkişaf etdirilərək klassik musiqi dövrü üslubuna çevrildi. Volfqanq Amadey Motsart bu dövrün ən mühüm opera bəstəkarlarından biri olub və “Don Giovanni”, “Cosi fan tutte”, “Fiqaronun evliliyi” kimi məşhur əsərlər yazıb.

19-cu əsrdə romantik dövr musiqisi operaya təsir etdi. Bu dövrün aparıcı opera bəstəkarları Cüzeppe Verdi və Rixard Vaqner idi. Verdi “Nabukko”, “Riqoletto” və “Traviata” kimi əsərlər yazdığı halda, Vaqner “Lohenqrin”, “Nibelungen üzüyü”, “Tristan və İzolda” kimi əsərlər bəstələmişdir.

20-ci əsrdə opera müxtəlif musiqi üslublarını özündə birləşdirən əsərlər şəklində yazılmağa davam etdi. Opera bu gün də bütün dünyada populyar olaraq qalır və bir çox ölkələrdə opera teatrlarında, festivallarda və müsabiqələrdə görünməyə davam edir .

Mənbə: oggusto

Tərcümə etdi: Nəzri Süleymanova


Paylaş
Şərh əlavə et