Bu gün:

Dünyada ilk dəfə qatar harada və neçənci ildə istifadə edilib?


Qatar dünyada ilk dəfə 1800-cü illərin əvvəllərində İngiltərədə istifadə olunmağa başladı. Qatar İngiltərənin Pennidarran bölgəsində Richard Trevithick adlı mühəndislə mədən sahibi arasında mərc olduğu üçün yaranıb.

Mühəndis Trevithick inşa etdiyi buxar mühərriki ilə 10 tonluq dəmir yükü asanlıqla Pennidarrandan Kardiffə dəmir yolu ilə daşıya biləcəyini iddia etdi. Beləliklə, 6 fevral 1804-cü ildə Tramvay-Vaqqon adlı lokomotiv Kardiffdən 10 tonluq dəmir yük və 70 sərnişini olan vaqonla yola düşdü. 16 km uzunluğunda olan Pennidarran-Kardiff yolunu gözləmə və təmir nəzərə alınarsa, düz 5 saata qət etmək olar. Bu uğurlu nəticəyə baxmayaraq, Trevitikin bəxti gətirmədi və bu yeni maşını daha da inkişaf etdirə bilmədi və beləliklə də maşının o dövrlərin ümumi nəqliyyat vasitəsi olan heyvanlardan daha üstün və effektiv olduğunu sübut edə bilmədi. Bu səbəbdən qatarın ixtirasını başqa bir ingilis Corc Stivensona aid edirlər. 

Sonrakı illərdə Corc Stivenson platforma, lokomotiv və vaqon konstruksiyalarını çəkərək həyata keçirdi. Beləliklə, o günün parovozu... inkişafın simvoluna çevrildi. Stivenson 27 sentyabr 1825-ci ildə Şotlandiyanın Darlinqton və Stokton şəhərləri arasında yalnız sərnişin və yük daşıyan dünyanın ilk dəmir yolu daşımalarını həyata keçirən qatardan istifadə edib. Yenə 5 il sonra Stivenson böyük kommersiya əhəmiyyəti olan Liverpul-Mançester xəttində saatda 24 km sürətlə hərəkət edə bilən Rocket adlı yeni lokomotiv modeli ilə yarışmada qalib gəldi. Bununla belə, Yuval Noah Harari “Heyvanlardan Tanrılara – Sapiens” kitabında (səhifə 348) yazır ki, ilk kommersiya qatarı 1830-cu ildə Liverpul və Mançester arasında fəaliyyətə başlayıb.

50 km-lik Liverpul-Mançester xəttindən sonra İngiltərədə on il ərzində tamamlanan və ya tamamlanan dəmir yollarının ümumi uzunluğu 2000 km-ə çatdı. 1831-ci ildə ABŞ-da, 1832-ci ildə Fransada, 1835-ci ildə Belçika və Almaniyada, 1837-ci ildə Rusiyada, 1848-ci ildə İspaniyada dəmir yollarından istifadə olunmağa başlandı.

Mənbə: Rayhaber.com

Tərcümə etdi: Nəzri Süleymanova


Paylaş
Şərh əlavə et