Bu gün:

İlk şokolad fabriki harada qurulub?


Eramızdan əvvəl bir qrup, çox güman ki, Olmeklər Mesoamerikada kakao ağacları becəriblər. Amerika hindularına görə bu bitkini onlara tüklü ilan tanrısı verib. Bu tanrı mayalarda Kukulkan, asteklərdə Quetzalcoatl adlanır.

Mayyalar zamanla bu toxumlardan necə istifadə edəcəyini öyrəniblər. 600-cü ildə Mayyalılar şokoladlı içki hazırlayırlar. Şokolad içmək Azteklər və Mayyalar arasında mühüm hadisə hesab olunurdu. Mayyalarda kral ailəsi üçün daha uyğun hesab edilən bu içkini adi insanlar çox xüsusi hallarda içə bilirdilər. Azteklərdə administratorlar, keşişlər, yüksək rütbəli əsgərlər və şərəfli olmaq istəyən tacirlər bu xüsusi içkidən dada bilərdilər. 

16-cı əsrdə ispan kəşfiyyatçıları Kristofer Kolumb və Hernan Kortesin Mərkəzi Amerikaya səfəri zamanı Aztek kralı Montezuma bu şokolad içkisini 50 küpə və qızıl qədəhlərdə kəşfiyyatçılara təqdim etdi. Kəşfiyyatçılar bu içkini vətənlərinə aparır və onu hazırlamağı öyrədirlər. Bu, mayyalılar və asteklər tərəfindən üyüdülmüş kakao paxlasını su ilə qarışdıraraq hazırlanmış içkidir. Azteklər “xocoatl” adlanan bu içkini astek dilində “turş, acı içki” mənasını verir, qarğıdalı unu, istiot və digər ədviyyatlar əlavə edərək soyuq içirmişlər. İspanlar eyni içkini şəkərlə içməyə başlayıblar.

1765-ci ildə Almaniyada Steinhund şokolad fabriki quruldu və eyni zamanda Şimali Amerikada su ilə işləyən ilk kakao dəyirmanı açıldı.

Bir neçə il sonra İngiltərədə içkiyə çevrilmək üçün bərk şokolad satılmağa başladı. Beləliklə, bərk şokolad satan “şokolad evləri” bütün Avropaya yayıldı.1825-ci ildə kakao tozunu və yağı bir-birindən ayıraraq sonradan şokolad qabları hazırlaya bilən maşın hazırlanmışdır. 1875-ci ildə Daniel Peter adlı isveçrəli şokoladçı bu şokoladına süd tozu əlavə etməyə başladı. Türkiyənin ilk yerli istehsal şokolad fabriki cümhuriyyətdən üç il sonra, 1927-ci ildə Feriköydə quruldu. İndiyə qədər tapılan ən qədim şokoladın izləri 2600 illik qazanda tapılıb.

Mənbə: Haberler.com

Tərcümə etdi: Nəzri Süleymanova

Paylaş
Şərh əlavə et