Bu gün:

Corciya O'keeffe-Cerald ağacı


24media.az "İncəsənətin inciləri" rubrikasına "Cerald ağacı" ilə davam edir…


Amerikalı rəssam Corciya O'keeffe uzun illər Nyu-Meksikoda "Kabus ferması" kimi tanınan kimsəsiz yerdə yaşayıb. Pis sürücü olmasaydı, sənət həyatında mühüm yeri olan bu bölgəni heç vaxt kəşf edə bilməzdi... O'keeffe maşın sürməkdə çox çətinlik çəkirdi. Ona maşın sürməyi öyrədən gənc, sənətçini “çox bəyənəcəyini düşündüyü" bir yerə aparmağı təklif edib. Beləliklə, onlar "Ghost Farm" kimi tanınan yerə gediblər. Əslində, rayon çox səhra və quraq diyar idi. Buna baxmayaraq, O'keeffe bölgədən çox təsirlənib. Ertəsi gün fermaya tək gedib və bir gecə orada qalıb. Sənətçi ömrünün qalan hissəsini burada keçirməyə qərar verib... 

Rəssam 1943-cü ildə fermanı alıb və burada daimi məskunlaşıb. Bununla belə, “Ghost Farm” uzun müddət idi ki, fəaliyyətsiz idi. Lakin O'keeffe tez bir zamanda fermanı yaşamaq üçün əlverişli yerə çevirdi. Üstəlik, maşın sürməyi öyrəndi. 

Burada yaşadığı müddətdə O'keeffe əsərlərində bölgənin coğrafi quruluşundan əsas element kimi istifadə edib. Səyyar studiyaya çevirdiyi avtomobili ilə geniş coğrafiyada səyahətlərə çıxıb. Beləliklə, o, açıq havada təbiət mənzərələrini çəkmək imkanı əldə edib. Onun məşhur “Cerald ağacı” tablosu da bu gəzintilərdən birində peyda olub.

Hazırladı: Gülay Qəribova

Mənbə: listelist.com

Paylaş
Şərh əlavə et