Bu gün:

Paul Landowski-Qurtarıcı İsa heykəli


"İncəsənətin inciləri" rubrikası ən məşhur İsa heykəllərindən olan "Qurtarıcı İsa" heykəli ilə davam edir…

Rio de Janeyr bir çox dağ silsilələrinin yamacları boyunca sahil boyunca uzanan rəngli Cənubi Amerika şəhəridir. Dünyanın ən məşhur Məsih heykəli olan "Xilaskar Məsih Heykəli" bu dağ silsilələrindən biri olan Korkovado dağında yerləşir. Dağın geoloji mövqeyi, şəhərə fərqli bir atmosfer qatır və Braziliyanın simvoludur. Şübhəsiz ki, ən əhəmiyyətli simvollarından biridir. Tijuca Milli Parkı dəniz səviyyəsindən 750 m yüksəklikdə olan Korkovado dağının aşağı hissələrində yerləşir. Rio-de-Janeyro heykəli kimi də tanınan Xilaskar Məsihin Heykəli də bu parkın hüdudlarındadır… 

Sizə əlavə məlumat verək: 

Xilaskar Məsihin Heykəlinin yerləşdiyi Korkovado dağının hərfi mənası “kambar"dır. Heykəlin yerləşdiyi dağ insanın kürəyinə bənzədiyindən, dağa "Korkovado", yəni donqar adı verilmişdir. 1922-ci ildə Braziliyanın yaranmasının 100 illiyi şərəfinə inşasına başlanan və 1931-ci il oktyabrın 12-də açılışı olan “Xilaskar Məsih” heykəlinin ümumi çəkisi 635 tondur. Nəzərinizə çatdıraq ki, hündürlüyü 30 metr olan bu nəhəng heykəl 8 metrlik postament üzərində dayandığı halda, yalnız baş hissəsinin hündürlüyü 3,75 metr, çəkisi 30 tondur. Xilaskar Məsih heykəlinin açıq qollarının eni 28 metrdir. İçindəki lift sayəsində abidənin zirvəsinə çıxmaq mümkündür.

Dünyanın yeddi möcüzəsindən biri olan Xilaskar Məsih Heykəli layihəsini hazırlayan şəxs Heitor da Silva Kostadır. Onu canlandıran şəxs bu heykəl üzərində beş il işləmiş fransız heykəltəraş Pol Landovskidir. Bu gün milyonlarla turist inşaat materialı kimi betondan, üzərində isə lay kimi sabun daşından (talk) istifadə edilən “dünyanın ən məşhur İsa heykəli”ni ziyarət edir.Xilaskar Məsih, yəni “Kristo Rendor” Portuqal dilində adlandırılan, 2007-ci ildə dünyanın yeddi möcüzəsi sırasına daxil edilmişdir. Mühafizə dairəsi də genişləndirilmişdir. 16-cı əsrdən bəri Braziliyanın mərkəzi dini xristianlıqdır (Roma katolikliyi). Dünyada ən çox Roma katolikləri Braziliyadadır (Braziliyanın 74 faizi katolikdir). Xilaskar Məsih heykəli təkcə Braziliyanın deyil, həm də xristianlığın ən mühüm simvollarından biridir. 12 oktyabr 1931-ci ildə açılan Xilaskar Məsihin heykəlinə çatmaq üçün Corcovado dəmir yolu istifadə olunur. Qatardan mənzərə də heyrətamizdir. Ən sıx ziyarət edilən dövrlər; Pasxa və Miladdır. Qatar terminalından heykələ aparan pilləkənlərin ümumi sayı 222 pillədir (liftlər də var). Günün erkən saatlarında və ya axşam saatlarında heykəldən mənzərə möhtəşəmdir... Xilaskar Məsihin oxşar heykəli Dominikan Respublikasının Puerto Plata şəhərindəki Piko İzabel de Torres dağındadır.

Hazırladı: Gülay Qəribova

Mənbə: https://www.tarihiolaylar.com/tarihi-olaylar/kurtarici-isa-heykeli-218

https://cunkubaskasenyok.com/kesfet/dunyanin-en-unlu-isa-heykeli-kurtarici-isa-heykeli-hakkinda-her-sey/

Paylaş
Şərh əlavə et