Bu gün:

Pablo Pikasso-Gernika



"İncəsənətin inciləri" rubrikası Pablo Pikassonun "Gernika" əsərini təqdim edir.

Gernika 1937-ci ildə Pablo Pikassonun çəkdiyi 26 aprel 1937-ci ildə İspaniya Vətəndaş Müharibəsi zamanı Nasist Almaniyasının 28 bombardmançısının İspaniyanın Gernika şəhərini bombalamasını əks etdirən, eni 7,76 m, hündürlüyü 3,49 m olan monumental rəsmdir. Hücum zamanı 250 ilə 1600 arasında insan həyatını itirib, daha çox insan yaralanıb.

İspaniya hökuməti 1937-ci ildə Parisdə keçirilən Ümumdünya Sərgisi çərçivəsində Müasir Həyatda İncəsənət və Texnikalar sərgisinin İspan bölməsində nümayiş etdirilmək üçün Pablo Pikassonun böyük bir divar rəsmini sifariş etdi. O zaman hava hücumundan təsirlənən Pikasso bu divar rəsmini hücumdan sonra 15 gün ərzində tamamladı. Rəsm kiçik dünya turu çərçivəsində müxtəlif ölkələrdə nümayiş etdirilib və bəyənilib. Beləliklə, digər ölkələrin diqqəti İspaniyadakı vətəndaş müharibəsinə yönəldi. Gernika müharibənin faciələri bə onun fərdlərə ağrılı təsirlərinin toplusudur. Zaman keçdikcə rəsm müharibənin törətdiyi faciələri xatırladan, müharibə əleyhinə və sülh tərəfdarı ideyaların simvoluna çevrildi.

Mənbə: Bilmeniz Gereken 50 Tablo kitabı / Canan Danyıldız

Tərcümə etdi: Gülay Qəribova


Paylaş
Şərh əlavə et