Bu gün:

"Van Qoq həyatının sarı illəri..."


24media.az "İncəsənətin inciləri" rubrikasına Van Qoqun "Vazada on iki günəbaxan" əsəri ilə davam edir.

Dünyaca məşhur tablo Van Qoq tərəfindən 1888-1889-cu illərdə Arles şəhərində çəkilib. Van Qoq Parisdən Arlesə köçüb orada sarı bir evdə məskunlaşdı. Yaşamağı planlaşdırdığı ev iki otaqlı mənzil idi. Özünə bir studiya qurmağı xəyal edən rəssam o zamanlar heyran olduğu fransız rəssamı Pol Qoqen ilə emalatxanasını paylaşmaq həvəsi ilə dolur. Arzusuna çatmaq istəyən Van Qoq Paulla əlaqə saxlamağın bir çox yollarını sınayır və sonda fransız rəssamının ona baş çəkəcəyi ilə bağlı xoş xəbər alır. Evində qonaq edəcəyi rəssam Paul üçün ayırdığı otağı bəzəmək qərarına gəlir və onu heyran etmək üçün bir neçə rəsm çəkməyə qərar verir. Van Qoqun Arlesdə yaşadığı ilk illər onun həyatının sarı illəri idi. İlk dəfə evdəki kimi hiss etdiyi evinin sarı rəngi ona bu hissi oyatmağa kömək edib. O, həmin dövrə aid rəsmlərində çiçəklərdə, insanlarda, tərəvəzlərdə, meyvələrdə - bir çox yerlərdə sarı rəngdən istifadə edib. Onun yaşadığı Arles şəhərində sonsuzluğa qədər uzanan gözəl günəbaxan tarlaları var idi. Bu görüntü Van Qoqda böyük təəssürat yaratdı. Beləliklə, o, sarı rəngi xoşbəxtliklə eyniləşdirdi.

Heyran olduğu və evində qonaq etməkdən məmnun olduğu Fransız rəssam Paul həqiqətən də Qoqun istədiyi kimi çəkdiyi günəbaxan tablolarından çox təsirləndi. Gələcəkdə ikisi arasında gərgin və xoşagəlməz anlar yaşansa da, Paul həmin an Van Qoqun diqqətindən çox məmnun idi.

O zaman Van Qoq bilərəkdən günəbaxan rəsmləri çəkirdi. Bunun bir çox səbəbləri var idi. Səbəblərdən biri dediyimiz kimi xoşbəxtliyi sarı rənglə eyniləşdirməsidir. Beləliklə, günəbaxanı özünün simvolu etdi. Görkəmli rəssam öz dövrünün sənət-impressionistlərinin üslubunu mənimsəyib, əsərlərində əhəmiyyət və simvolik məna daşıyan əşyaların yerləşdirilməsini düzgün hesab edib.

Bir vazada olan on iki günəbaxan müxtəlif inkişaf mərhələlərini göstərir. Sol altda, vazadan asılmış kiçik yaşıl təzə günəbaxanlar, həmçinin eyni vazada cücərməyə başlamış sarı yarpaqlı çiçəklər və qəhvəyi iri başlı çiçəklər var. Bu müxtəlif rənglər mənzərəyə harmoniya qatmaqla yanaşı, həm də həyatın müxtəlif mərhələlərinin - gənclik, yetkinlik, qocalığın eyni həyatda birlikdə mövcud olduğunu göstərir.

Mənbə: https://wannart.com/icerik/27085-bir-tablo-bir-hikaye-vazoda-on-iki-aycicegi-van-gogh

Hazırladı: Gülay Qəribova




Paylaş
Şərh əlavə et