Bu gün:

Dinlər haqqında doğru bildiyimiz səhvlər


Din insanları çətin anlarda güclü edən, mənəvi cəhətdən yaxşı hiss etdirə bilir. Din alimləri müqəddəs kitablar vasitəsilə dindarlara yol göstərirlər. Ancaq dinlərlə bağlı doğru bildiyimiz bəzi səhvlər də var.


1. Kahinlər evlənə bilməzlər


Bizim eranın ilk illərində kahinlər evlənə bilərdilər. Eramızın 306-cı ildə keçirilən ilk Elviranın məclisində kahinlərin və diakonların evlənməsinə icazə verilməməsi məsələsi müzakirə olunurdu. O dövrdə kahinlərin evlənməsinə icazə verilirdi, lakin kilsə kahinlərə və diakonlara onların bakirəliyini qorumaq üçün təzyiq göstərirdi. XI əsrdə Qriqorian islahatının bir hissəsi olaraq kahinlərin və keşişlərin evlənməsi qadağan edildi. Subay yaşaya bilməyən keşişlərin əxlaqi cəhətdən qüsurlu olduğuna inanılırdı.


2. Hər bir dində ölülər dəfn edilir


Buddistlər və Zərdüştilər ölüləri digər canlıların yeməsi üçün hündür, açıq yerə qoyurlar. Buddistlərin ölüləri bu şəkildə basdırmaqda məqsədi ruhu azad etmək, zərdüştilərin məqsədi isə təbiəti təmiz saxlamaqdır.


3. Buddizm sülh dinidir


Məşhur inancın əksinə olaraq, Buddizm zorakılıqdan uzaq duran bir din deyil. Bunun ən bariz nümunəsi Vyetnamda Buddist böhranı zamanı etiraz aksiyalarıdır. Bundan başqa, əksəriyyəti buddizm dininə mənsub olan Myanmada (Birma) yaşayan Rohinka müsəlmanlarına qarşı qorxulu qırğınlar da buna bir nümunədir. Tarixçi Piter Harvi deyir ki, Buddizmdə kəsimə icazə verən mətnlər var. Buddist xütbəsində də deyilir ki, Buddizm dinində çoxlu sayda insanı xəbərdar etmək üçün bir nəfərin öldürülməsi zorakılıq sayılmır, əksinə insanların canını qorumaq tərifəlayiq bir işdir. İkinci Dünya Müharibəsi zamanı Zen Buddizmi Yaponiyaya mənəvi dəstək verən əsas qüvvə idi. Nirvanaya çatmağın tək bir yolu yoxdur. Bəzi hallarda hətta müqəddəs sayılanlar da bunun üçün mübarizə aparmalıdırlar.


4. Hinduizm Hinduizm adlanır


Dünyanın ən qədim dinlərindən biri olan Hinduizm Bhaqavad Gita, Qaneş və Yoqa ilə eyniləşdirilir. Hinduizm də Hinduizm sözü ilə eyniləşdirilir. Məşhur inancın əksinə olaraq, hinduizm deyilən şey əslində Sanata Dharmadır. Din alimi Devid Lorenzen farsları bu iki anlayışı qarışdırmaqda ittiham edir. Buna görə farslar bu inanc sistemi ilə ilk dəfə Sindu çayında qarşılaşdılar. Sindu adı zamanla hindu adını aldı.


5. Bütün qədim dinlər homoseksuallığı rədd edir


Dindar və homoseksual bir insan olmaq çox çətin bir vəziyyətdir. Çin inanc sistemi "Taoizm Tu'er Shen" adlı "Dovşan Tanrı" fiquru daxildir. Tu'er Shen homoseksual fərdlər arasında sevgi və cinsi əlaqəni təşkil edən tanrıdır. Qədim Misirdə Tanrı Set və Tanrı Horus arasında da maraqlı bir söhvət var. 


6. Müqəddəslər və övliyalar ən yaxşı insanlardır


Deyirlər ki, müqəddəs və övliya sözləri yaxşı insanları təsvir edir. Müqəddəs və övliya olmağın da qaydaları var və bu titullar hətta insanın ölümündən yüz illər sonra da verilə bilər. Bu səbəbdən övliyalar  haqqında həmişə xoş sözlər deyilir. Onların həyatı ilə bağlı mənfi cəhətlər o qədər də məlum deyil.


7. Bütün dinlər əvvəlcə bir dində birləşib


Dünyada çoxlu dinlər var. Xristianlar Hz. İsanın yolu ilə gedir. Hz. İsanın tanrılara tabe olan bir şəxs və ya insanların ona tabe olan bir tanrı olması məsələsi təxminən 300 ildir müzakirə olunur. Dünya kilsələri Pasxa bayramının dəqiq tarixi ilə bağlı konsensus əldə etməyiblər. Yəhudilər əvvəlki illərdə olduğu kimi qurban kəsmək vərdişindən əl çəkdilər. İslam şiə və sünni məzhəblərinin inanıldığş dindir. Müsəlmanlar Hz. Məhəmmədin vəfatından sonra kimin yolunu tutacağını bilmədiyi üçün müxtəlif məzhəblər meydana çıxdı.


Mənbə: Milliyet


Tərcümə etdi: Sevil Azər

Paylaş
Şərh əlavə et