Bu gün:

Ölümdən sonra şüur ​​nə qədər açıq qalır?


Ölüm insanların ən çox düşündüyü şeylərdən biridir. Ölüm bir dəfə olur və geriyə dönüş yoxdur. Ölümlə bağlı bir çox ehtimallar içində şüur da bu düşüncələr arasındadır. Bəs, həqiqətənmi, həyatımız bir film zolağı kimi gözümüzün qabağından keçir?


Böyük Britaniyanın Bangor Universitetinin koqnitiv nevrologiya professoru Guillaume Thierri beynin bədəni tərk etdikdən sonra nə qədər məlumatı emal etməyə davam edəcəyi barədə çox düşünüb. Deyirlər ki, o, Fransa İnqilabı tarixini oxuyanda “gilyotin” anlayışına rast gələndə bu məsələ onun beynini çox məşğul edib. Gilyotin ölüm cəzasında insanların başını kəsmək üçün istifadə edilən bir vasitədir.


İndiyə qədər edilən tapıntılar göstərdi ki, beyin ürək dayandıqdan 6 dəqiqə sonra ölür. Alim əlavə edib ki, ölüm anında beyindəki pozulma heç vaxt geri qaytarıla bilməyəcək səviyyəyə çatır ,bu anda şüur hiss etmək qabiliyyətini itirməyə başlayır və həmin düşüncələrin insana məxsus olmadığını fərz edir. Siçanlar üzərində aparılan təcrübələrə əsasən, huşunu itirdikdən bir dəqiqə sonra sinir fəaliyyətinin dayandığı müşahidə edilib və nəticələr bu fərziyyəni təsdiqləyib.


Lakin alim Guillaume Thierriyə görə, insanlarda bu müddət daha uzun ola bilər. Bu yaxınlarda apardıqları təcrübədə alimlər 87 yaşlı epilepsiya xəstəsini müayinə etmək üçün elektroensefaloqrafiya (EEQ) cihazından istifadə ediblər. Lakin xəstə infarktdan dünyasını dəyişdi və bu gözlənilməz hadisə alimlərə ilk dəfə ölən insanın beyin fəaliyyətini qeydə almağa imkan verdi. Bu təcrübə nəticəsində beyin ölüm prosesi zamanı 15 dəqiqə aktiv olaraq qaldı. Thierry, bu mövzuda ekstremal vəziyyətlər yaşayan insanların 6, 7, 8 və hətta 10 dəqiqədən sonra həyata qayıda biləcəyini, buna görə nəzəri olaraq beynin bağlanmasının saatlarla çəkə biləcəyini ifadə etdi.


Mənbə: milliyet.com 

Tərcümə etdi: Sevil Azər

Paylaş
Şərh əlavə et