Bu gün:

Hər gün süd içsəniz, orqanizminizdə hansı dəyişikliklər baş verəcək?


Süd C vitamini və dəmirdən başqa bütün vitamin və minerallarla zəngindir. Bunlardan ən əhəmiyyətliləri kalsium, fosfor, A və B vitaminləri, xüsusilə B12, riboflavin və zülaldır. Bəs, hər gün süd qəbul etsək, orqanizmimiz necə reaksiya verər?

Sızanaqlara səbəb ola bilər:

Mütəxəssislərin fikrincə, süd məhsulları iltihablı təsirə malikdir. Hər gün süd qəbul edirsinizsə və dərinizdə sızanaqlar varsa, süd qəbulunu azaltmağınız məsləhətdir.

Şişkinlik və həzm pozğunluğuna səbəb ola bilər:

Deyilənlərin əksinə olaraq, süd yalnız laktoza dözümsüzlüyü olan insanlarda şişkinliyə səbəb olmur. Süd məhsulları bir çox orqanizmdə çətin həzm oluna bilər və bu, həzmsizliyə səbəb olur. Südün tərkibindəki zülal növünə qarşı həssas ola bilərsiniz. Hər dəfə süd içdiyiniz zaman özünüzü narahat hiss edirsinizsə, mütləq bir mütəxəssisdən kömək almalısınız.

Kalsium mənbəyidir:

Süddə karbohidratlar, zülallar və yağlar kimi qida elementləri, həmçinin vitaminlər və minerallar var. Əslində, bir stəkan südün tərkibindəki kalsium on stəkan ispanağa bərabərdir.

Maqneziumu unutmayın:

Südün tərkibindəki kalsiumdan faydalanmaq istəyirsinizsə, gündəlik maqnezium qəbulunuza mütləq diqqət etməlisiniz. Gün ərzində kifayət qədər maqnezium aldığınızdan əmin olun.

Əzələləri artırır:

Əzələ kütlənizi artırmaq istəyirsinizsə, mütləq süd qəbul etməlisiniz. İdeal zülal və karbohidrat nisbəti sayəsində əzələ formalaşmasında böyük dəstəkdir. Xüsusilə məşqdən sonra süd qəbul etsəniz, tərkibindəki amin turşuları əzələ kütlənizi artırmağınıza kömək edəcək.

İmmunitet sistemini gücləndirir:

Südün tərkibindəki yağ sayəsində immunitet sisteminiz güclənir və xərçəng, ürək xəstəlikləri, diabet kimi xəstəliklərə tutulma riskiniz azalır.

Mənbə: haberturk.com 

Tərcümə etdi: Aytac Musayeva 

Paylaş
Şərh əlavə et