Bu gün:

Uşaqlarda xərçəng xəstəliklərinin yaranma səbəbləri nələrdir?


24media.az-ın “1 sual, 1 cavab” rubrikasının növbəti qonağı onkoloq İbrahim Əsədlidir. O, uşaqlarda yaranan xərçəng xəstəliyi barəsində danışıb.


Uşaqlarda xərçəng xəstəliklərinin yaranma səbəbləri nələrdir?

Uşaqlarda xərçəng xəstəliklərinin yaranma səbəbi, əsasən, ekologiyanın pozulmasıdır. Son 30 ildə beynəlxalq imperialistlərin apardığı siyasətin nəticəsində qidalarda və bir çox şeylərdə problemlər yaranmağa başlayıb. Ekologiya pozulur, dərman, qida keyfiyyətsizliyi, həyatın kimyasalla dolu olması (təmizləyici, yuyucu cürbəcür vasitələr və. s), efirin cürbəcür elektromaqnit dalğalara məruz qalması, xüsusi səhiyyə sisteminin insanların sağalmasına xidmət etməməsi:bütün bu obyektiv və subyektiv faktorlar gətirib ona çıxarır ki, uşaqlarda onkoloji xəstəliklər artır.

Gülay Qəribova

Paylaş
Şərh əlavə et