Bu gün:

Aqorafobiya nədir?


Aqorafobiya nədir?

Aqorafobiya müəyyən vəziyyətlərdən həddindən artıq qorxuya səbəb olan bir narahatlıq pozuqluğudur. İnsan sıxılmaq, qaça bilməmək və ya kömək ala bilməmək qorxusunu hiss edir.

Bəzi insanlar evdən çıxmağa belə müqavimət göstərə bilər. Aqorafobiyadan əziyyət çəkən insanlar qorxu və narahatlıq səbəbiylə ümumiyyətlə yeni yerlərdən və naməlum vəziyyətlərdən, məsələn, ictimai nəqliyyatdan, izdihamdan, açıq və ya qapalı məkanlardan qaçırlar. Dərman, koqnitiv davranış psixoterapiyası və həyat tərzi dəyişiklikləri ilə xəstələr pozğunluğun öhdəsindən gələ və zövq aldıqları fəaliyyətlərdə iştirak edə bilərlər. Qadınlarda daha çox rast gəlinən xəstəliyin orta başlanğıc yaşı 20-dir. Aqorafobiya adətən gənc yetkinlik dövründə, yəni 35 yaşından əvvəl başlayır. Ancaq simptomlar hər yaşda baş verə bilər.

Aqorafobiyaya nə səbəb olur?

Aqorafobiyaya nəyin səbəb olduğu aydın deyil. Ancaq çox vaxt insanda mövcud olan panik pozğunluğu ilə əlaqələndirilir. Panik pozğunluq qısa, güclü qorxu hücumları ilə xarakterizə olunan psixi vəziyyətdir. Panik pozğunluğu diaqnozu qoyulan insanların təxminən 30%-də agorafobiya da var. Bununla belə, aqorafobiya tək baş verə bilər

Aqorafobiya diaqnozu necə qoyulur?

Aqorafobiya olduğunu və narahatlığın gündəlik həyatına mənfi təsir etdiyini düşünənlər ən qısa zamanda psixiatra müraciət etməlidirlər. Aqorafobiya diaqnozu insanın yaşadığı simptomlara əsasən qoyulur. Diaqnoz qoymaq üçün həkim xəstəyə simptomlarla bağlı bəzi suallar verir. O, həmçinin xəstənin tibbi və ailə tarixini götürür.

Psixiatr simptomlara, nə qədər tez-tez baş verdiyinə və nə qədər şiddətli olduğuna görə aqorafobiya diaqnozunu qoya bilər. Dəqiq diaqnoz üçün həkimlə açıq və dürüst olmaq vacibdir. Tibbi olaraq aqorafobiya diaqnozu qoyulması üçün simptomlar Amerika Psixiatriya Assosiasiyasının Psixi Pozğunluqların Diaqnostik və Statistik Təlimatının 5-ci nəşri olan DSM-5-də aqorafobiya meyarlarına cavab verməlidir. DSM-5 psixiatrik xəstəliklərin diaqnozu üçün həkimlər tərəfindən istifadə olunan diaqnostik təlimatdır.

Mənbə: medicalpark.com.tr

Tərcümə etdi: Rəhimə Cəmilova

Paylaş
Şərh əlavə et