Bu gün:

Gözəl əl yazısını necə əldə etmək olar?


Əl yazısını yaxşılaşdırmaq və onu daha estetik etmək üçün müxtəlif məşqlər edilə bilər. Bu məşqlər insana öz əl yazısını tanımağa və qeyri-estetik problemləri kəşf etməyə imkan verir. Bundan əlavə, qələmin bucağı, hərflər arasında qalan məsafə kimi məsələlər də nəzərə alındıqda yazı daha sürətli və gözəl şəkildə həyata keçirilə bilər. Odur ki, əl yazısını təkmilləşdirmək üçün məsləhətlər, xüsusilə, təhsilin başlanğıcında istifadə olunan gözəl yazı dəftərlərinin dizaynlarını nəzərə almaqla izah edilə bilər.

Gözəl əl yazısını necə əldə etmək olar?

Gözəl yazı hərflərə gözəl formalar verməklə yazı sənəti kimi müəyyən edilir. Bu kontekstdə təhsil həyatına yeni başlayan fərdlər üçün xüsusi olaraq hazırlanmış gözəl yazı dəftərlərinin də əl yazısını inkişaf etdirməyə kömək etdiyini söyləmək olar. Gözəl yazı dəftərlərində qırmızı və mavi rəngli xətlərin olduğu görülsə də, bu sətirlər sayəsində əl yazısını təkmilləşdirmək imkanı var. "Yazımı gözəl etmək üçün nə etməliyəm?", – bu kimi suala cavab almaq istəyən insanlara müxtəlif fəndləri öyrənmək lazım olduğu bildirilməlidir. Başqa sözlə, əl yazısını oxunaqlı, estetik və göz oxşayan etmək üçün bəzi texnikalar tətbiq oluna bilər. Bu kontekstdə gözəl yazı texnikaları arasında önə çıxan məsələləri aşağıdakı kimi sıralamaq lazımdır:

Birincisi, insan öz yazısını kəşf etmək üçün təcrübə etməlidir.

Gözəl yazmağa çalışan insan öz səhvlərini və ya estetik olmayan vərdişlərini aşkar edə bilir.

Xəttini daha estetik etmək istəyənlər astarlı dəftərdən və ya kağızı gözəl yazı dəftərindən istifadə edə bilərlər.

Lazımi materialları əldə edənlərin əl yazılarını təkmilləşdirmək üçün əvvəlcə qələmi düzgün bucaqdan istifadə etməyi öyrənmələri faydalı olar.

Qələmi çox dik və ya əyri bucaq altında tutmamaqla öz əlyazmasını təkmilləşdirməyə başlayan insanlar növbəti addımda hərflər arasındakı məsafəyə nəzər salırlar.

Gözəl əl yazısı üçün hərflər arasındakı məsafə nə az, nə də çox olmalıdır.

Hərflər arasındakı məsafəni tarazlaşdıraraq yazı bacarığını təkmilləşdirən insan oxuma vərdişini də nəzərdən qaçırmamalıdır.

Müntəzəm olaraq oxumaq və yazmaq məşqi edən bir insanın daha qısa müddətdə öz dəst-xəttini daha estetik hala gətirməsi mümkündür.

Mənbə: Mynet

Tərcümə etdi: Aminə Paşazadə

Paylaş
Şərh əlavə et