Bu gün:

İmsak vaxtı hansı qidalar qəbul edilməlidir?


Əgər müntəzəm olaraq istifadə etdiyiniz dərmanlarınız varsa, sağlamlığınız üçün oruc tuta biləcəyiniz barədə həkiminizlə məsləhətləşməlisiniz. Uzun saatlıq aclığın öhdəsindən gəlmək üçün düzgün və balanslı bir pəhrizə sahib olmaq vacibdir.

Ramazanda sahur və iftarda düzgün qidalanma seçimləri edərək, sağlam qidalanma qaydalarına riayət etməklə bu ayı detoks ayına çevirmək mümkündür. Xüsusilə sahurda yediyiniz yeməklər sizi gün boyu enerji ilə təmin edəcək və iftara çatmağınıza kömək edəcək. Sahur üçün bədəni yormayacaq və narahat etməyəcək, bədəninizin su balansını təmin edəcək qidaları seçməkdə fayda var.

İmsak süfrələri hazırlayarkən diqqət etməli olduğunuz detallar

Sahur iftarla səhər azanları arasında üstünlük verilən vaxtda yeyilən xüsusi qəlyanaltıdır. Ramazan ayında sahurla iftar arasındakı uzun müddət ərzində sizi tox tutacaq və narahatlıq yaratmayacaq məhsullarla hazırlanan yeməklərlə gün boyu özünüzü yaxşı hiss edə bilərsiniz. 

Sağlam sahur və iftar menyuları sizi tox tutacaq sağlam məhsullardan seçilməlidir.

Yeməklərinizlə çörək yeməyi seçə bilərsiniz. Ancaq bu çörəklərin çovdar və ya kəpək çörəyi olduğuna əmin olmalısınız. Beləliklə, yeməyinizi daha sağlam tamamlaya və gün ərzində ani aclıqdan qaça bilərsiniz. Bundan əlavə, ağ unla hazırlanan xəmir xörəkləri gecə gec yeyildikdə şişkinlik hissi yarada bilər.

Sulu meyvə və tərəvəzlər də sahur süfrənizə daxil edilməlidir. Pomidor və xiyar kimi tərəvəzlər yüksək su tərkibinə malik olduğundan, orucluq zamanı su ehtiyacınızı tarazlaşdırmağa kömək edəcəklər.

Desertlər və qəlyanaltılarla enerji əldə edə bilərsiniz.

Tərkibində şərbət olan desertlər su tələb edəcəyi üçün xüsusilə sahurda həddindən artıq istifadə edilməməlidir.

 Mənbə: Medicalpark

 Tərcümə etdi: Nuray Mürsəlova

Paylaş
Şərh əlavə et