Bu gün:

Ananasın bu faydalarını bilirdinizmi?


Hər yaşda insanın sevdiyi tropik meyvələrdən biri olan ananas həm də şəfa mənbəyidir. C vitamini ilə çox zəngin olan ananasın sağlamlıq üçün də çoxlu faydaları var.


Vətəni Cənubi Amerika olduğu bilinən və ananas ailəsinə aid olan ananas meyvəsi isti ölkələrdə yetişdirilir. Bu uzun, bərk və tikanlı meyvənin içi çox yumşaq, şirəli və turşdur. Bol C vitamini ehtiva edən ananas meyvəsi sağlamlıq üçün mühüm yeri olan bromelain fermentinin ən böyük və yeganə bilinən mənbəyidir.


Ananasın faydaları


Ananasdan istifadə edən insanların tənəffüs yolu xəstəliklərinə daha yaxşı qalib gəldiyi görülür. Bəlğəmi çıxarmağa kömək edən bir qidadır.


Brolemain fermenti ilə həzm sisteminin sağlamlığını təmin edir.


Həzm sistemində iltihabın qarşısını almaqla yanaşı, yeni iltihabların əmələ gəlməsinin də qarşısını alır.


Lifli bir quruluşa sahib olduğu üçün həm ishal, həm də qəbizlik üçün həll yolu olaraq istehlak edilə bilən bir meyvədir. Saç tökülməsi problemi olan insanların istehlak etməsi tövsiyə olunur. Bağırsaqlarda yaranan qurdları aradan qaldırmağa kömək edən bir qidadır.


Müxtəlif xərçəng növlərinin qarşısını alan xüsusiyyətlərə malikdir.


Ürək sağlamlığı üçün faydalıdır.

Xüsusilə, qış aylarında baş verən soyuqdəymə problemlərinə yaxşı təsir edir.


Mənbə: Haberturk.com


Tərcümə etdi: Səmayə Qədirova

Paylaş
Şərh əlavə et