Bu gün:

Hatayda İçki Yarışmasında Mozaika


1930-cu illərdə Hatayın qədim Seleucia Pieria (Samandağ) şəhərində tapılan Herakl və Dionisin İçki Yarışması mozaikası eramızın III əsrinin əvvəllərinə aiddir. Təxminən 27 kvadratmetr sahəni əhatə edən mozaika 1939-cu ildən bəri Princeton Universitetinin İncəsənət Muzeyində sərgilənir. 

Herakl və Dionis arasında keçirilən içki yarışması səhnəsini əks etdirən bu mozaika Antakyada Roma dövrünə aid zərif bir villanın yeməkxanasının (triclinium) döşəməsini bəzəyən mozaikalardan biri idi. Naharçılar Herakl və Dionisin bir-biri ilə yarışdığı mərkəzi panelin qarşısında bir-birinə baxaraq divara söykənən divanlarda uzanırdılar. Herakl şir dərisi və çubuq (klava) ilə təsvir olunduğu halda, Dionisin başında çələng, əlində ritton (içməli qab) var. Şərab tanrısının düz qarşısında kölgəsi yerə düşən riton və şərabla dolu başqa bir krater var. Alınlıqdakı təfərrüatlı memarlıq çərçivəsi, qaldırılmış pərdə və maska səhnəyə teatr ab-havası qatır. Yemək yeyən qonaqlara mesaj aydın idi: “Hətta Herakl da şərab tanrısından çox içə bilməz, siz də içə bilməzsiniz”.

Mənbə: Arkeofili

Tərcümə etdi: Fatimə Şükürova

Paylaş
Şərh əlavə et