Bu gün:

Narkotik istifadəsi və asılılıq riski:


Dərmanlar bədəninizin və zehninizin işini dəyişdirə bilən kimyəvi maddələrdir. Bunlara reseptlə satılan dərmanlar, reseptsiz satılan dərmanlar, alkoqol, tütün və istifadəsi qeyri-qanuni olan narkotiklər daxildir.

 Narkotik istifadəsi nədir? Bu siyahıya nələr daxildir?

 Anabolik steroidlər

 Klub dərmanları

 Kokain

 Heroin

 İnhalantlar

 Marixuana

 Metamfetaminlər

Opioidlər də daxil olmaqla, reseptlə verilən dərmanlardan sui-istifadə. Bu, dərmanların həkim tərəfindən təyin olunduğundan fərqli şəkildə qəbul edilməsi də bu siyahıda qeyd oluna bilər. Məsələn:

Başqası üçün təyin edilmiş dərmanlardan istifadə;


Ehtiyac olandan daha çox doza qəbul etmək;

Dərmanı strukturundan fərqli şəkildə istifadə etmək. Məsələn: tabletlərinizi udmaq əvəzinə onları əzmək və sonra çox miqdarda buruna çəkmək və ya inyeksiya etmək;

Narkotik istifadəsi təhlükəlidir. Bu, beyninizə və bədəninizə bəzən daimi olaraq zərər verə bilər. Bu, ətrafınızdakı insanlara, o cümlədən dostlara, ailələrə, uşaqlara və doğmamış körpələr üçün də zərərlidir. Narkotik istifadəsi asılılığa səbəb ola bilir.


 Narkomaniya nədir?

Narkomaniya xroniki beyin xəstəliyidir. İnsanın dərmanları vurduğu zərərə baxmayaraq təkrar-təkrar qəbul etməsi halı belə adlanır. Dərmanın müntəzəm istifadəsi beyni dəyişdirə və asılılığa səbəb ola bilər.

Asılılıqdan beyin dəyişiklikləri qalıcı ola bilər, ona görə də narkomaniya “residivləşən” xəstəlik hesab olunur. Bu o deməkdir ki, sağalmaqda olan insanlar, hətta illərlə dərman qəbul etməsələr də, yenidən dərman qəbul etmək riski altındadırlar.

 Narkotik qəbul edən hər kəs aludə olurmu?

Narkotikdən istifadə edən hər kəs aludəçi olmur. Hər kəsin bədəni və beyni fərqlidir, ona görə də narkotiklərə reaksiyaları da fərqli ola bilər. Bəzi insanlar tez bir zamanda və ya zamanla aludə ola bilər. Digər insanlar heç vaxt aludəçi olmurlar. Kiminsə aludə olub-olmaması bir çox amillərdən asılıdır. Bunlara genetik, ətraf mühit və inkişaf amilləri daxildir.

Kimlər narkomaniya riski altındadır?

 Müxtəlif risk faktorları narkotiklərə aludə olma ehtimalınızı artıra bilər, o cümlədən;

Psixi sağlamlıq problemləri olan şəxslər: Depressiya, narahatlıq və ya diqqət çatışmazlığı/hiperaktivlik pozuqluğu (DEHB) kimi müalicə olunmamış psixi sağlamlıq problemləri olan insanların asılılıq olma ehtimalı daha yüksəkdir. Bu, narkotik istifadəsi və psixi sağlamlıq problemlərinin beynin eyni hissələrinə təsir etdiyi üçün baş verə bilər. Həmçinin, bu problemləri olan insanlar daha yaxşı hiss etmək üçün narkotik istifadə edə bilərlər.

 Bədbəxt ailə həyatı  Eviniz bədbəxt bir yerdirsə və ya travmatik uşaqlıq həyatı yaşamısınızsa, narkotikadan asılı olma ehtimalı daha yüksəkdir.


 Çətin sosiallaşmaq. Beyninizi bu problemlərdən uzaqlaşdırmaq üçün narkotiklərdən istifadəyə sövq edə bilər.


Gənc yaşda narkotik istifadə etməyə başlamaq Uşaqlar narkotik istifadə etdikdə, bu, onların bədənlərinin və beyinlərinin böyüməsini necə bitirməsinə təsir göstərir.  Bu, yetkin olduğunuz zaman aludə olmaq şansınızı artırır

Mənbə: Medlineplus

Tərcümə edən: Leila Adıgözəlova

Paylaş
Şərh əlavə et