Bu gün:

Duzdan çox istifadənin orqanizm üçün zərərləri


Duz bəşəriyyətin ilk çağlarından bəri yeməklərin dadını və davamlılığını artırmaq üçün istifadə edilmişdir. Duz hər evdə olan və azacıq da olsa, demək olar ki, bütün yeməklərə əlavə edilən vasitədir.

Əslində duz orqanizmin həyati fəaliyyətini problemsiz həyata keçirməsi üçün mütləqdir, çünki duz bədəndə suyun saxlanılması, əzələlərin və sinirlərin düzgün işləməsi kimi mühüm həyati fəaliyyətlərə kömək edir. Ancaq bu tərkibdən ən təsirli şəkildə faydalanmaq üçün miqdarı düzgün tənzimləmək lazımdır. Mütəxəssislərin fikrincə bir insanın gündəlik duz ehtiyacı 5 qramdır. Bunun çoxu bədənə zərər verə bilər. Amma bütün bunlarla yanaşı, araşdırmalar göstərir ki, türk xalqının əksəriyyəti duzdan həddindən artıq istifadə edir.

Bəs, çox duz istifadəsi bizə hansı zərəri verir? 

Həddindən artıq duz istifadəsinin həm qısa müddətdə, həm də uzun müddətdə orqanizmə təsiri necədir? Bu sualları sizin üçün ətraflı cavablandırdıq. Beləliklə, gündəlik istifadə etdiyiniz duz miqdarını nəzərdən keçirə və bu miqdarı azaltmaq üçün nə edə biləcəyinizi öyrənə bilərsiniz. Evdə istifadə etdiyimiz xörək duzu kimi tanınan duzun elmi adı "natrium xlorid"dir. Bu molekulun strukturunda olan natrium hüceyrələrə maye qəbulundan məsul olan bir komponentdir. Eyni zamanda, natrium hüceyrənin turşu-əsas balansını idarə edir. İnsan bədəninin demək olar ki, 60%-i sudan ibarət olduğundan, natrium həyati əhəmiyyət kəsb edir. Ona görə də duzdan istifadə vacibdir. Lakin həddindən artıq qəbul edildikdə həm natrium, həm də xlor orqanizmin tarazlığının pozulmasına səbəb olur. Bu kontekstdə baş verə biləcəkləri, yəni həddindən artıq duzun zərərlərini aşağıdakı kimi izah edə bilərik: Orqanizmdə yığılan artıq natrium kalsiumun sorulmasına və istifadəsinə mane olur. Bu, sümük strukturunda məsamələrin əmələ gəlməsinə və sümük kütləsinin azalmasına səbəb olur. Nəticədə sümüklərin zərbəyə davamlılığı azalır və qırılma riski artır. Bu səbəblə xüsusilə qadınlar menopoz sonrası dövrdə duzdan istifadədə çox diqqətli olmalıdırlar. Eyni şey diabet və osteoporozlu insanlar üçün də keçərlidir. 

Mənbə: NBL Türkiye

Tərcümə etdi: Nailə Hadizadə

Paylaş
Şərh əlavə et