Bu gün:

Qırmızı çuğundur


Qırmızı çuğundur aşağı kalorili və yağlı, vitamin və minerallarla zəngin qidadır. Folat, manqan və misin mühüm mənbəyidir. Qırmızı çuğundurun faydalarını aşağıdakı kimi sıralamaq olar:

Beyin sağlamlığına faydalıdır

Qırmızı çuğundur tərkibindəki nitratlar sayəsində beyin sağlamlığına töhfə verir. Nitratlar erkən mərhələdə demansdan təsirlənən bölgənin oksigen səviyyəsini artırmaqda təsirli olur. Yaşlandıqca beyinə qan axını azaldığından, beyin idrakına təsir göstərə bilər. Qırmızı çuğundurun istifadəsi bu vəziyyəti yavaşlata və qarşısını ala bilər.


Kilo itkisini dəstəkləyir

Qida və liflə zəngin olan qırmızı çuğundur arıqlama prosesinə kömək edir. Qırmızı çuğundurda olan maqnezium və kalium bədəndən artıq suyun çıxarılmasına kömək edərək şişkinliyin qarşısını alır.
Çuğundur maddələr mübadiləsini sürətləndirməkdə təsirli olmaqla artıq çəkidən xilas olmağa kömək edir.

Qan təzyiqini nəzarət altında saxlayır.

Qırmızı çuğundurun tərkibindəki nitrat sayəsində bədəndəki damarları genişləndirmək, qan axını təmin etmək və təzyiqi salmaqda təsirli olur. Bu, ürək xəstəliyi və insult riskini azaldır.

Mənbə: NTV

Tərcümə etdi: Nailə Hadizadə

Paylaş
Şərh əlavə et