Bu gün:

Özbəkistanın məşhur deserti: Sümələk


Özbəkistanda baharın gəlişi ilə ölkənin hər yerində insanlar sumələk desertini hazırlayıb qohumlarına, qonşularına təqdim edirlər.  Ailə üzvləri və ya yaxın qonşular tərəfindən böyük qazanlarda bişirilən sümələk insanları bir araya gətirdiyi üçün Özbəkistan cəmiyyətində mühüm yer tutur. 

Tərkibində şəkər olmasa da, son dərəcə şirin olan sümələk özbək xalqı üçün birlik və həmrəylik simvoludur. Sümələk deserti cücərmiş buğdanın kökünü sıxaraq alınan mayeyə yağ və un əlavə edilərək, davamlı qarışdırılaraq hazırlanır.  Qazanın dibi yanmasın deyə, cəmiyyətdə hörmət qazanan qadınların başçılığı ilə bir çox adamın hazırladığı Sümələk desertinə bir neçə qoz və ya daş atılır.  

Qazanı qarışdıran hər kəs bir arzu edər, dua edər. Özbəklər sümələk qarışdırılarkən edilən arzu və duaların qəbul olacağına inanırlar. Sümələk hazırlanarkən insanlar bir araya gələrək müxtəlif şeirlər, mahnılar oxuyurlar. Özbəklər heç bir şəkər qatılmamasına baxmayaraq, son dərəcə şirin olan və birliyi, həmrəyliyi simvolizə edən “süməlek” desertini hazırlayaraq baharın müjdəçisi olan Novruza hazırlaşırlar. 24 saata hazır olan Sümələk deserti, ilk növbədə, yaşlılara və xəstələrə paylanır. 

Özbəklər qazana qoz, daş atanların diləklərinin qəbul olunduğuna, dualarının qəbul olunduğuna inanırlar.  Özbəklər arasında sümələkin yaranması ilə bağlı müxtəlif rəvayətlər mövcuddur.  Şayiələrə görə, düşmən tərəfindən mühasirəyə alınan qalada yemək qurtarıb.  Qala camaatı anbarda kisə dibindən tapdıqları cücərmiş buğdanı qazanda qaynadıb aclıqlarını doyurmuşlar.  Bu yeməkdən güc alan qala camaatı düşmənlərə qalib gəlib və daha sonra sümələk bişirmək ənənəsi başlayıb. Başqa bir rəvayətə görə, bir qadın çuvalın altından tapdığı cücərmiş buğdanı qazanda qaynadıb əkiz övladlarını yedizdirib.  O, qazanın içinə bir ovuc xırda daş atdı ki, uşaqları qazanda nəsə olduğuna inansınlar.  Qadın gecə saatlarına qədər yemək gözləyən uşaqları ilə yuxuya gedib.  Səhər qazandan gələn gözəl qoxu ilə oyandılar. 

Bir rəvayətə görə isə gecə vaxtı göydən 30 mələk enərək səhərə qədər qazanı qarışdırır və sümələk çıxır.  Özbəkistanda əkiz uşağı olan hər bir ailə hər il evdə sumələk hazırlayır, qohumlarına, qonşularına paylayır.


Mənbə: Hürriyyet
Tərcümə etdi: Aynur Mikayılova

Paylaş
Şərh əlavə et