Bu gün:

Günəş partlaması nədir?


Günəş parlamasının nə vaxt baş verəcəyi bir çox insanların maraqlandığı və sosial mediada araşdırılan mövzulardan birinə çevrilib. Günəşin atmosferində baş verən şiddətli partlayışlara "Günəş alovları" deyilir. Günəş alovu Günəş atmosferində baş verən şiddətli partlayışlara verilən ümumi addır.

Partlayış nəticəsində minlərlə atom bombasından daha yüksək bir enerji ayrılır və milyardlarla meqaton gücündə olan partlayış nəticəsində radiasiya kosmosa və təbii olaraq dünyaya yayılır. Bu partlayışlar tez-tez qısa dalğalı radio rabitəsinə təsir göstərir.

Yerin maqnit sahəsi günəşdən yayılan və 2-3 gün ərzində yerə çatan bu sıx şüalanmanın insanlara təsir etməsinin qarşısını alır. Günəş alovu Günəşin qaz sferasında (atmosferində) baş verən şiddətli partlayışlara verilən addır. Bu partlayışların gücü milyardlarla meqatondur və ümumiyyətlə, 1.000.000 km/saat sürətlə hərəkət edir.6x1025 Partlayış nəticəsində joule qədər enerji buraxa bilir. Günəşin alışması səbəbindən normaldan daha kiçik dalğa uzunluğuna malik radiasiya hissəcikləri Yer atmosferinə daxil olur. Bu püskürmələr nəticəsində yer üzündə rabitə və elektrik şəbəkələri mənfi təsir göstərə bilər.

Günəş alovları Günəş atmosferinin bütün təbəqələrinə (fotosfer, tac və xromosfer) təsir edərək, plazmanı on milyonlarla kelvinə qədər artırır və elektronları, protonları və daha ağır ionları demək olar ki, işıq sürəti ilə kosmosa tullayır. Onlar həmçinin bütün elektromaqnit spektrini əhatə edən radiasiya istehsal edirlər.

Ən çox günəş partlayışları intensiv maqnit sahələrinin fotosferə daxil olduğu günəş ləkələri kimi aktiv bölgələrdə baş verir.

Günəş jetləri maqnit birləşmələri sayəsində əmələ gəlir. İlk hadisə 1859-cu ildə müşahidə edilib və Karrinqton hadisəsi adlanır.

Mənbə: NTV
Tərcümə: Nailə Hadizadə

Paylaş
Şərh əlavə et