Bu gün:

Alma sirkəsinin faydaları nələrdir?


Alma sirkəsi sadəcə su ilə fermentləşdirilmiş alma parçaları kimi müəyyən edilə bilər. Onun əsas komponentləri sirkə turşusu və limon turşusudur. Bundan əlavə, alma şirəsində olan bir çox vitamin və mineral ehtiva edir. Antimikrobiyal və antioksidan xüsusiyyətlərə malik alma sirkəsinin tərkibində A, B1, B2, B6, C və E vitaminləri var. 

Maqnezium, kalsium, kalium və fosfor sirkənin tərkibində olan əsas minerallardandır. Zəngin tərkibinin əksinə olaraq, kalorisi çox aşağıdır. 1 xörək qaşığı alma sirkəsinin cəmi 3 kalorisi var.• Bakteriyaları məhv etməyə kömək edir. Beləliklə, dırnaq göbələklərindən bitə, infeksiyalardan ziyillərə qədər bir çox bakterial xəstəliklər üçün həm təmizlik, həm də alternativ olaraq istifadə edilə bilər.

• Qan şəkərini aşağı salaraq diabetik xəstəliklərlə mübarizəni dəstəkləyir.

• Həzmi asanlaşdırır.

• Təzyiqi salmağa kömək etdiyi üçün ürək xəstəliklərinə xeyirli olduğu deyilir.Bir çox xəstəliyə yaxşı olduğu deyilən və özümüzü daha yaxşı hiss etməyimizə kömək edən alma sirkəsinin dəri faydaları da çox qiymətlidir. Gəlin birlikdə baxaq.

• Ekzema və müxtəlif dəri xəstəlikləri zamanı dərinin təbii görünüşünü bərpa etməyə kömək edə bilər.

• Baş dərisindəki kəpəyi azaldır

• Alma sirkəsi sızanaq və sızanaqların daha tez sağalmasına kömək edir.

Mənbə: Milliyet
Tərcümə etdi: Nailə Hadizadə

Paylaş
Şərh əlavə et