Bu gün:

Meditasiya nəyə xidmət edir?


Meditasiya etməklə həm zehninizi rahatlaşdıra, həm də bəzi sağlamlıq problemlərinizi azaltmağa kömək edə bilərsiniz. Meditasiya sizi formada saxlayır.

Meditasiya nə edir?
Bizim dövrümüzdə hər şey sürətlə gedir. Gün ərzində onlarla kilometr yol qət edir, tıxac, səs-küy, cib telefonları, e-poçt, sosial media, internet və üz-üzə görüşlər kimi bir çox stimullara məruz qalırıq. Nəticədə bütün günümüz tələsik keçir və özümüzə ayıracaq vaxtımız olmur.


Beynimiz yorulur, ildə bir-iki dəfə keçirdiyimiz qısa tətillər də bu yorğunluğu atmağa kifayət etmir. Ona görə də hamımız ağlımızı təmizləməli və düşüncələrimizdən uzaqlaşmalıyıq. İdman etmək və ya hobbi ilə məşğul olmaq kimi fikrinizi təmizləməyin bir çox yolu var. Bunlardan biri meditasiyadır. Beləliklə, meditasiya nədir? Meditasiya, insanın düşüncələrindən uzaqlaşaraq, konsentrasiya qabiliyyətini artıraraq beynini dincəltdiyi bir üsul olaraq təyin edilə bilər.


Meditasiya necə edilməlidir?
Meditasiyanın müxtəlif növləri var. Bütün bu növlərin əsası konsentrasiya və tənəffüs nəzarətidir. Nəfəs alma nəzarəti ilə müşayiət olunan müəyyən nöqtələrə diqqət yetirərək, insan gündəlik düşüncələrindən uzaqlaşaraq daxili dünyasına doğru səyahətə çıxar və müsbət əhval-ruhiyyəyə girir. Meditasiya müntəzəm olaraq aparılırsa, müsbət əhval-ruhiyyə qalıcı olur və mənəvi daxili nizam-intizam əldə edilə bilər.
Meditasiya ilə istirahət etməyin gözəlliyi və sadəliyi ondadır ki, heç bir avadanlıqa ehtiyacınız yoxdur. Lazım olan hər şey sakit bir yer və hər gün bir neçə dəqiqə vaxtdır. Başlanğıcda gündə 10 dəqiqə meditasiya etmək kifayət edə bilər. Hətta alışdığınız müddətdə gündə iki dəfə beş dəqiqə edə bilərsiniz. Vərdiş qazanmaq üçün hər səhər eyni vaxtda meditasiya etmək məsləhət görülür. Meditasiya zamanı nəyə diqqət yetirdiyiniz və bunu necə edəcəyiniz seçdiyiniz meditasiya növündən asılıdır və yüzlərlə meditasiya metodu var, lakin burada sizə başlamaq üçün əsas addımlar verilmişdir:


•Meditasiya etmək üçün xüsusi bir yer seçin və bu əraziyə şam, buxur və çiçəklər qoyaraq sakit bir mühit yaradın.

•Kresloda və ya döşəmədə arxanız düz olmaqla rahat oturun.

•Gözlərinizi bağlayın və ya baxışlarınızı meditasiya sahəsində sizə dinclik verən şəkil, hər hansı simvol və ya obyektə yönəldin.
Yavaş, dərin və yumşaq nəfəs alın.

• Fikrinizi özünüzə və ya obyektə cəmləyin. 

Mənbə: acıbadem sağlık grubu

Tərcümə etdi: Türkan Kərimli

Paylaş
Şərh əlavə et