Bu gün:

Mona Liza



Mona Liza, La Gioconda və ya La Coconde kimi də tanınan, Leonardo Da Vinçinin İntibah dövründə İtaliyanın Florensiya şəhərində çəkdiyi rəsmdir. Qovaq ağacından hazırlanmış pannoda Sfumato texnikası ilə hazırlanmış bu əsər 16-cı əsrdə çəkilmiş yağlı boya portretidir. Mona Liza tablosu hazırda Parisdəki Luvr Muzeyində nümayiş etdirilməkdə davam edir. 

Rəsmə baxanda oturan qadın görürsən. Lakin bu qadının sifətinə əsasən onun kimə aid olub-olmaması barədə dəqiq məlumat yoxdur. Bu baxımdan, Mona Liza tablosu sirrini qoruyub saxlamaqda davam edir. Bundan əlavə, rəsmə diqqət yetirdikdə qadının üzündəki qeyri-müəyyən vəziyyət, rənglərdən istifadə kimi problemlər rəsm üzərində işlərin davam etməsinə səbəb olur.


Leonardo Da Vinçi İtaliyanın Florensiya şəhərində yaşayan rəssam, heykəltəraş, riyaziyyatçı, memar və bir çox başqa titullara malik qeyri-adi bir dahidir. Mona Liza Leonardo Da Vinçinin şah əsəridir. Məlumdur ki, Leonardo Da Vinçi 1503-cü ildə Mona Lizanın rəsmini çəkməyə başlamışdır. Başladığı işləri qısa müddətdə başa çatdırmaq vərdişi olmayan Da Vinçi tarixi mənbələrə görə Mona Liza tablosunu yarımçıq qoyub, işini daha sonra tamamlayıb.


Mənbə: hepsiburadaseyahat.com

Tərcümə etdi: Səmayə Qədirova

Paylaş
Şərh əlavə et