Bu gün:

Günə bir saat oxumaqla necə yeni dil öyrənmək olar?


İki və ya bir neçə dili bilmək böyük üstünlükdür. Bəs öyrənməyin asan yolu varmı?

Yeni dil öyrənmək, təbii olaraq, qorxulu fikirdir. Minlərlə tanış olmayan sözlər, tamamilə fərqli qrammatik quruluş və düzgün danışmaq (və utandırıcı vəziyyətə düşməmək) üçün çəkilən zəhmət adamı qorxuda bilər. Lakin mütəxəssislər inanırlar ki, gündə bir saat məşğul olmaqla gözəçarpan inkişaf əldə etmək mümkündür.

Eləcə də, yeni dil öyrənən zaman qazanılan bacarıqlar iş yerində və həyatda güclü insan fikri formalaşdırır. Araşdırmalar göstərir ki, çoxdillilik ilə intellekt, yaddaş qabiliyyəti və yüksək akademik nailiyyətlər arasında birbaşa qarşılıqlıq var. Beyin məlumatı daha effektiv emal etdikcə, yaşla əlaqəli idrak azalmasını da ləngitmək mümkün ola bilər.

Bir saatla fərq

İstənilən dilin əsaslarını öyrənmək asandır. Duolingo və ya Rosetta Stone kimi proqramlar vasitəsilə tanışlıq sözləri və ya sadə ifadələri işıq sürəti ilə öyrənmək olar. Daha şəxsi təcrübə üçün poliqlot Timothy Doner, sizə maraqlı olan məlumat haqqında oxumağı və ya videolar izləməyi məsləhət görür.

"Günə bir neçə söz öyrənsəniz - və onların çoxusunu pis tələffüz etsəniz - belə, onları sonradan xatırlamaq asan olacaq."

Yeni dil ilə bağlı niyyətiniz dəqiqləşdikdən sonra, bir neçə fərqli öyrənmə üsulları ehtiva edən gündəlik saatlıq səmərəli məşğələ təyin edə bilərsiniz.

Bu zamanı daha səmərəli keçirmək üçün ən yaxşı məsləhəti sizə danışdığınız poliqlot və ya linqvist verə bilər. Amma bütün poliqlotların bir ortaq məsləhəti var: bir saatlıq gündəlik məşğələnin yarım saatını öyrənilən dili sərbəst danışan biri ilə söhbət etmək.

"Sualların üstündən keçmək və müəyyən bir işlə məşğul olmaq, dildə birgə söhbət etmək və mədəniyyəti müzakirə etmək," Baker deyir.

"Həmin hissəni heç ötürməzdim, çünki insanlar və mədəniyyət haqqında öyrənmək məni daha da həvəsləndirirdi ki, dili inkişaf etdirim," Fiez deyir.

"Əslində başqa bir dil yox, şəkil-səs assosiasiyasını öyrənir adam." 

"Həftənin beş günü gündə bir saat məşğul olmaq, həftədə bir dəfə beş saatlıq məşğələdən daha faydalıdır."

Ancaq mütəxəssislərin məsləhətlərinə qulaq assaq, dərsləri ümumi öyrənmə deyil, müəyyən mövzu üzrə aparmaqla istənilən səviyyəyə daha tez çata bilərik.

Mənbə: BBCnews

Tərcümə etdi: Aytac Musayeva 

Paylaş
Şərh əlavə et