Bu gün:

Çox düşünməyin insan orqanizminə zərərləri



Beyin bədən çəkimizin əllidə birini təşkil edir, lakin nəfəs aldığımız oksigenin beşdə birini istifadə edir. Təbii ki, beynimizi çox işlətməyin bizi yoracağını düşünə bilərik. Lakin alimlərin fikrincə, vəziyyət o qədər də asan deyil.


Çox düşünmək bizi yorur?

Beyin enerjisinin çox hissəsini baza vəziyyətini saxlamaq üçün sərf edir. İstirahət zamanı enerjimizin onda birini natrium və kalium ionlarını beyin hüceyrələrinə və membranlarına vurmaq üçün istifadə edirik. Bu sadə proses hər bir neyronun yüklənməsini və hazır olmasını təmin edir. Zehni fəaliyyətlər (dostlarla danışmaq) çox əlavə enerji tələb etmir.

Həddindən artıq düşünməyə gəldikdə ən çox rast gəlinən problemlərdən biri yuxusuzluqdur. Tədqiqatlar göstərir ki, daimi düşünmək yuxuya getməyi çətinləşdirir, çünki beyin bir çox fikirlərlə məşğul olur.

Bir şeyi həddindən artıq düşünmək ilə necə mübarizə aparaq?

Fikirlərinizi konkretləşdirin:

Mənfi fikirlər fərziyyələr üzərində qurulur və narahatlığa səbəb olur. Bu fikirlərin həmişə həqiqəti əks etdirmədiyini bilmək üçün konkretləşdirmələr aparmaq faydalı ola bilər. Fikirlərinizi sadalamaqla onları görünən edə bilərsiniz. Bu yolla həm narahatçılığınızın reallığını şübhə altına almaq fürsəti əldə edəcəksiniz, həm də real olmayan narahatlıqlarınızı konkret şəkildə görəcəksiz

Həll yoluna diqqət yetirin:

Bir çox insanlar çox düşündüklərinin fərqindədirlər, lakin bu vəziyyətin fərqində olmaq daha çox narahatlığa səbəb ola bilər. Keçmişdə verilən qərarlardan peşman olmağın həll yolu olmadığını dərk etmək sağlam düşüncə prosesinin əlamətidir. Digər tərəfdən, olmasaydı nə olardı? Bu cür hərəkət etməsəm nə olardı? Bu cür retrospektiv sorğular həddindən artıq düşünməyə səbəb ola bilər.

Düşüncəni fəaliyyətlə əvəz edin:

Zehninizi rahatlaşdıracaq zövq aldığınız bir fəaliyyətlə məşğul olmaq mənfi düşüncələrin öhdəsindən gəlməyə kömək edə bilər.

Mənbə: Britannica.com 

Tərcümə etdi: Aytac Musayeva

Paylaş
Şərh əlavə et