Bu gün:

"Kraliça Nefertari" məzarı


Kraliça Nefertari eramızdan əvvəl 1290-1254-cü illər arasında yaşayıb.13 yaşında firon II Ramzes taxta çıxmamışdan əvvəl onunla evlənib və böyük kral xanımı olub. Onların evləndiyi zaman II Ramzesin 15 yaşı var idi. Nefertarinin adı "gözəl arvad" deməkdir. 

O, Ramzesin səkkiz arvadından ən görkəmlisidir. Məlum olduğu kimi, Nefertarinin 6 övladı olub, lakin onlardan heç biri taxta çıxmayıb. Ramzesin hakimiyyəti dövründə təxminən 50-100 övladı olduğu məlumdur.

Bundan əlavə, II Ramzes Əbu Simbeldəki öz abidəsinin yanında Nefertari üçün bir məbəd tikdirdi, onun tikintisi 20 il çəkdi və minlərlə işçi iştirak etdi. Üzərində “Günəşin parladığı qadın” yazılmışdı. Lakin Nefertari öz məbədinin açılışına gedərkən məbədi görmədən öldü. Möhtəşəm şəkildə bəzədilmiş məzarı ilə Kraliça Vadisinin ən möhtəşəm məzarlarından birinə malikdir.

Mənbə: antiktarih
Tərcümə etdi: Türkan Kərimli

Paylaş
Şərh əlavə et