Bu gün:

Kimçi nədir?


Kimçi uzaq şərq mətbəxinin ən vacib yeməklərindən biridir. Koreyalıların həvəslə istifadə etdiyi kimçi ölkənin ənənəvi yeməklərindən sayılır. Əsas tərkib hissəsi Çin kələmi olan kimçi fermentləşdirilmiş tərəvəzlərdən ibarətdir.

Kimçi xüsusilə Koreyada ən çox istifadə  edilən qidalar arasındadır.  Bu, sıxılmış və maye içində saxlanılan/ isladılmış tərəvəzlər deməkdir.

Koreyada kimçi ən çox yeməklərə qarnitür kimi verilir, lakin bəzi yeməklərin tərkib hissəsi kimi də istifadə olunur: kimchi jjigae (kimchi güveç), kimchi bokkeumbap (kimchi qızardılmış düyü) və digər yeməklər.

Kimçi neçə hazırlanır?

Kimçi adətən tərəvəz və ətirli ədviyyatların qarışığından ibarət olur. Ən məşhur və ümumi tərkib hissəsi Çin kələmi olsa da, regional və mövsümi dəyişikliklər var. Turp, sarımsaq, qırmızı bibər, baş soğan, mürəkkəb balığı, istiridyə, digər dəniz məhsulları, təzə zəncəfil, duz və şəkər  kimi də istifadə olunur. Bəzi məşhur növlər turp və isti ədviyyatlarla doldurulmuş xiyar kimchi oisobae ilə hazırlanmış kkakdugidir.


Tərcümə etdi: Səma Cəlilova

Mənbə: Asia Today

Paylaş
Şərh əlavə et