Bu gün:

Daphne və Apollon mozaika


1931-1939-cu illər arasında Hataydakı Qədim Dafna şəhərində tapılan Dafna və Apollon mozaikası eramızın 3-cü əsrinin sonlarına aiddir. Təxminən 11 kvadratmetr sahəni əhatə edən döşəmə mozaikası 1939-cu ildən bəri Princeton Universitetinin İncəsənət Muzeyindədir. Qədim şəhərdəki Menander Evində tapılan mozaika panelində qədim yunan mifologiyasından Dafna və Apollonun təsvirləri var. Pəri Dafna ona aşiq olan işıq tanrısı Apollondan qaçarkən dəfnə ağacına çevrilir. Mozaikadakı səhnədə Dafna bu çevrilmənin ortasında yerdən çıxan və onu əhatə edən dəfnə budaqları ilə təsvir edilmişdir. Başında parlaq bir halo olan Apollon onu tutmaq üçün uzanır.


Mənbə: Arkeofili

Tərcümə etdi: Fatimə Şükürova

Paylaş
Şərh əlavə et