Bu gün:

Su ayısı: Dünyanın ən dayanıqlı canlısı


Tardigrade və ya daha çox su ayısı kimi tanınan, səkkiz ayaqlı mikroskopik bir canlı ola bilər. Bununla belə, onlar bəlkə də dünyanın ən dözümlü canlı növləri arasındadırlar.

Nəhayət, Yaponiyada kəşf edilən yeni su ayı növlərinin boyu cəmi 300-700 mikrometrdir.

Su ayılarının tırtıl kimi bədəni var, lakin səkkiz ayağı var və ağızları O hərfinə bənzəyir. Ümumiyyətlə suda və ya yosunlarda yaşayan su ayılarının əsas qida mənbəyi, onlardan daha kiçik olan rotifer adlanan mikroorqanizmlərdir.

Nə qədər davamlıdır?

Su ayılarının təxminən 520 milyon ilə 100 milyon il yaşadıqları düşünülür. Alimlər 150 dərəcə istiyə, -272 dərəcə soyuğa tab gətirə bilən su ayılarının kosmosda belə yaşaya bildiyini bildiriblər.

Almaniyanın Ştutqart Universitetindən mikrobioloq Ralph Schill deyir: “Söhbət dinozavrların yaranması və yox olmasının şahidi olan canlı növdən gedir.

Scientific Reports elmi araşdırma jurnalında dərc olunan məqalədə bildirilir ki, su ayıları qamma şüalarının partlamalarına, böyük asteroid zərbələrinə və ulduz partlayışlarına tab gətirə bilirlər.

Tədqiqata rəhbərlik edən Oksford Universitetindən David Sloan su ayılarının 5000-6000 Gy radiasiyaya məruz qaldıqdan sonra sağ qala biləcəyini söyləyir və deyir: “İnsan 5 Gy radiasiyaya məruz qala bilsə və sağ qala bilsə, özünü şanslı sayır. 

Mənbə: BBC

Tərcümə etdi: Nəzri Süleymanova

Paylaş
Şərh əlavə et