Bu gün:

Niyə sağlam diş ağrıya səbəb olur?


Bu gün tez-tez qarşılaşdığımız suallardan biri də "Çürüməmiş diş niyə ağrıyır?" sualıdır. Ağzımızdakı dişlər bizim üçün böyük əhəmiyyət kəsb edir.  Buna görə də dişlərimizin baxımı və sağlamlığı böyük əhəmiyyət kəsb edir.  Qeyri-adekvat və qeyri-müntəzəm qulluq tətbiq edildikdə diş çürüməsi baş verir.  Nəticədə ağızda dişlərin sayı zamanla azalır.

Bir çox amillər dişlərin çürüməsinə səbəb olur. Bunlardan ən əhəmiyyətlisi müntəzəm icra olunmayan ağız və diş baxımıdır.

Çürük dişlər ağızda ağrıya səbəb olmaqla yanaşı, digər sağlam dişlərə də təsir edə bilər. Çox vaxt çürük dişlərin ağrıya səbəb olduğu düşünülür. Ancaq sağlam dişlərimizdə də zaman-zaman ağrılar ola bilər. Dişlərdə hiss edilən bu ağrı çənə sümüyündən, diş ətindən və ya dişlərdən qaynaqlanır.  

Sağlam dişlərin ağrımasına səbəb olan faktorlar qısaca belədir:

Sağlam dişlərdə adətən ağrıya səbəb olan faktor iki diş arasında qalan qida qalıqlarıdır:

Diş əti xəstəlikləri sağlam dişlərinizdə ağrıya səbəb ola bilər;

Aldığınız hər hansı bir zərbə və ya yediyiniz sərt yemək nəticəsində yaranan çat sağlam dişinizdə ağrıya səbəb olur;

Diş əti xəstəliyi olan diş əti çəkilməsi diş kökünün səthinə də təsir edir.  Nəticədə dişlərinizdə ağrı hiss edə bilərsiniz;

Hər kəsə məlum olmayan başqa bir amil sinüzitdir. Sinüzit zamanla diş ağrısına səbəb ola bilər;

Diş minasında aşınma problemi varsa və heç bir tədbir görməmisinizsə, zamanla dişləriniz ağrıya bilər;

Qeyri-adekvat və ya nizamsız ağız və diş baxımı etdiyiniz zaman dişləriniz zamanla ağrılı ola bilər.

Mənbə: Sayinortodonti.com
Tərcümə etdi: Leyla Adıgözəlova

Paylaş
Şərh əlavə et