Bu gün:

Güllər haqqında bəzi maraqlı məqamlar


Güllər zəngin qoxusu olan çiçəklərdir. Gül bitkisinin təxminən 100-dən çox növü var. Onlar "Rosaceae" adlanan gül ailəsinə aiddir.  Bağlarda yetişdirilən və çiçəkçilər tərəfindən satılan güllərin əksəriyyəti hibrid çay qızılgülləridir

Güllər, demək olar ki, bütün dünyada bitir. Bitki, kol və ya üzüm şəklində böyüyür.  Sapları, adətən, iti tikanlara malikdir.

Çiçəklər rəng və ölçüdə fərqlənir. Çəhrayı, qırmızı, narıncı, sarı və ağ çalarlarında olurlar. Onlar 0,5 düym (1,3 santimetr) ilə 7 düym (18 santimetr) arasında ola bilər.  Vəhşi güllərin adətən beş ləçəkləri olur.  İnsanlar tərəfindən yetişdirilən qızılgüllərdə çox vaxt çoxlu ləçəklər olur.  Ləçəklər itburnu kimi tanınan ətli, meyvəli quruluşdan böyüyür.

Güllər gözəl bəzəklər yaradır.  Ancaq güllərin gözəl olmaqdan başqa başqa məqsədləri də var. İnsanlar gül çiçəklərinin ətirli yağını ətirlərdə istifadə edirlər. İtburnudan mürəbbə və bitki çayları hazırlamaq üçün də istifadə edilir.  İtburnu zəngin bir C vitamini mənbəyidir.

Tərcümə etdi: Abışova Nərmin
Mənbə:  britannicakids

Paylaş
Şərh əlavə et