Bu gün:

Peqan pəhrizi nədir?


Pegan diyeti öz adını paleo pəhriz və vegan pəhrizin birləşməsindən alıb və sağlam qidalanmaya yönəlmiş həyat tərzidir. Bu diyetin təxminən 75%-i bitki mənşəli qidalardan, qalan 25%-i isə heyvan mənşəli qidalardan ibarətdir. Bundan əlavə, bu pəhriz uzun müddət saxlanıla bilər və təzə qidaların mənimsənilməsi çox vacibdir. Süd məhsulları və glutendən istifadə olunmamalıdır.

Peqan diyetində hansı qidalar istifadə oluna bilər?

Peqan diyetinin məqsədi sağlam qidalanma prinsipidir. Bu diyetdə mütləq heyvan mənşəli qidalar mənimsənilməlidir. Bu pəhrizin əsas prinsipi odur ki, boşqabın 75%-i tərəvəzlərdən, qalan 25%-i isə faydalı heyvan qidalarından ibarət olur. 

Peqan diyet proqramına riayət etmək istəyən insanlar ilk növbədə yeyə biləcəkləri və yeyə bilməyəcəkləri qidaları bilməlidirlər:
•Glutensiz taxıllar
•Yumurta
•Qoz-fındıq
•Az miqdarda şəkər
•Bol su
Gluten və süd məhsulları bu pəhrizə daxil edilməməsi lazım olan qidalar arasındadır. Bu pəhrizdə qaçınılması lazım olan qidalar aşağıdakılardır:
•Un məmulatları
•Taxıl
•Süd və süd məhsulları
•Konservlər

Peqan diyetinin sağlamlığa faydası varmı?
Ümumiyyətlə, pegan pəhriz paleo pəhrizdən daha asandır. Bu pəhrizin bəzi üstünlükləri var. Müntəzəm olaraq tətbiq edildikdə çəki nəzarətini təmin edir və xolesterini aşağı salır. Bu pəhrizin mənfi cəhətlərindən biri də ət və ət məhsullarının çox az mənimsənilməsidir. Bu da vitamin çatışmazlığına səbəb ola bilər.
Həkim və dietoloqla məsləhətləşmədən heç bir pəhrizə başlamamalısınız. Pəhrizlər fərdi şəkildə tətbiq edilməli və müəyyən bir nizam-intizama əməl edilməsi vacibdir. Bir fərd üçün faydalı olan qidalanma proqramı başqa bir fərd üçün faydalı olmaya, hətta zərərli nəticələrə də səbəb ola bilər.

Mənbə: NPİstanbul

Tərcümə etdi: Aysel Qasımova

Paylaş
Şərh əlavə et