Bu gün:

Məşhur yazıçıların qəribə yazı vərdişləri


Dünyanın ən çox satılan kitablarının müəllifləri və şairlərinin ilhamlarını haradan aldıqları ilə maraqlanırsınız? Düşünülənin əksinə, dünyaca məşhur bəzi yazarlar bir masa arxasında ilham gözləyən yazmağa başlamaq əvəzinə qəribə yazı vərdişlərinə sahib olublar. Aqata Kristidən Viktor Hüqoya qədər hamımızın tanıdığı dünya şöhrətli yazıçıların maraqlı yazı vərdişləri burada.

1. Dünyaca məşhur dedektiv yazıçı Aqata Kristi vannada alma yeyərkən işlərini planlaşdırırdı. Eyni zamanda disqrafiya (yazma çətinliyi) ilə üzləşən Kristi əsərlərini diktə ilə yazdırırdı.

2. Məşhur ingilis şairi və dramaturqu T.S. Eliotun özünəməxsus bir yazı vərdişi var idi. Eliot əsərlərini yazarkən üzünü yaşıl rəngə boyayaraq yazı masasında oturub işə başlayırdı.

3. “İki şəhərin nağılı” və “Oliver Tvist” kimi dünyaca məşhur romanların müəllifi Çarlz Dikkens həmişə yanında kompas gəzdirir və uzanarkən həmişə istiqamətini şimala çevirir və çarpayının ortasına yığırdı. O, bu ritualın onun yaradıcılığını artırdığına inanırdı.

Eyni zamanda, Dikkens yazarkən mavi kağız və eyni çalarlı mürəkkəbə sahib olmaq istəyirdi.

4. “Heyvanlar qəbiristanlığı” və “Apokalipsis” kimi romanların müəllifi Stiven Kinq əsər yazarkən 13 rəqəmi ilə maraqlanırdı. O, 13-ün qatlarına çatanda titrəyir və təhlükəsiz nömrəyə çatana qədər yazmağa davam edirdi.

5. Nobel mükafatlı kolumbiyalı yazıçı Qabriel Qarsia Markes isə hər gün çox tez yuxudan oyanır və əsərlərini yazmazdan əvvəl qəzetləri oxuyur.

6. 1962-ci il Ədəbiyyat üzrə Nobel Mükafatı və 1940-cı ildə Pulitser Mükafatı laureatı Con Steinbeckə yazmaq üçün iki çox diqqətlə itilənmiş karandaş lazım idi.

7. “Notr Damın Donqarı” və “Bədbəxtlər” kimi ən çox satılan romanların müəllifi Viktor Hüqo ilham gəlməyincə bütün paltarlarını ev sahiblərinə yalnız kağız və qələmlə otağa qapanaraq yazmağa başlayırdı.


Mənbə: Onedio.com

Tərcümə: Amin Həsənli


Paylaş
Şərh əlavə et