Bu gün:

Çayın düzgün dəmlənmə üsulu


"Çay yoxsa kofe?" sualına cavab "çaydır" deyənlərdənsinizsə, bu xəbər məhz sizin üçündür. Süfrələrimizin əsas hissəsini təşkil edən ənənəvi dadımız olan çayın bilinməyən tərəfləri üzə çıxıb. Bəs düzgün çay dəmləmə üsulu nədir?

Çay dəmləyən zaman bunlara diqqət yetirin:

İllərdir doğru olduğu bilinən çay dəmləmə üsulunun əslində yanlış olduğunu bilirdinizmi? Olduqca sadə görünən çay dəmləmək, əslində göründüyündən daha çətindir. Günün istənilən vaxtı içilə bilən, əsas dadlar arasında yer alan çayın dəmləmə üsulları ilə bağlı məsləhətlər də var. Çay dəmləyərkən edilən səhvlər sağlamlığınıza təsir edir. Həm sağlamlıq, həm də dad üçün çayın necə dəmlənməsinə və onun haqqındakı məsləhətlərə mütləq diqqət etməlisiniz.

Çay rütubət alır:

Çay dəmləyərkən edilən başqa bir səhv çayın suyu hələ də isti halda yuxarı çaydana tökülməsidir. Bu üsulla çay hələ çaydanda ikən nəm alır və bayatlaşır.

Biz çayı dəmləmirik, qaynadırıq:

Çay dəmləyən zaman çaydan sonra qaynadılmış su əlavə etmək ən çox edilən səhvlərdəndir. Bu şəkildə çayı dəmləmir, qaynadırıq. Əvvəlcə, çaydana qaynadılmış su tökülməli, sonra çay əlavə edilməlidir. Bu şəkildə çayı düzgün dəmləyirik. Əgər qaynadılmış su əlavə edib sonra çay əlavə etsək, bu düzgün dəmləmə üsuludur.

Həddindən artıq qaynar su bakteriyalara səbəb olur.

Həddindən artıq qaynadılmış su çaya töküldükdə çayda bakteriya əmələ gələ bilər. Çayın acı dadı adətən bu səbəblərdən yaranır.

Buna görə də çay dəmləyərkən bu addımlar qızıl kimidir:

Əvvəlcə çaydanlığın altına su qoyun və ocağın üstünə qoyun;

Alt çaydandakı suyu qaynadın;

Alt çaydandakı su qaynadıqdan sonra üstündəki boş çaydana bir az qaynadılmış su tökün;

Sonra yavaş-yavaş təxminən 5 xörək qaşığı çayı yuxarı çaydana qaynar suyun üzərinə tökün;

Sonra alt çaydana soyuq su əlavə edib yenidən odun üzərinə qoyun;

Beləliklə, üstündəki çay yavaş-yavaş dəmlənir və istədiyiniz dada çatır.

Çay dəmləmək üçün vacib ipucu:

Çay dəmləyərkən diqqət etməli olduğunuz bir ipucu suyun çaydana qoyulma üsuludur. Suyu kənarına töksəniz, oksigen itkisinə səbəb ola bilərsiniz. Odur ki, suyu mütləq yuxarıdan tökün ki, itirilmiş oksigeni geri qaytarsın və çayınız daha dadlı olsun.

Mənbə: onedio.com

Tərcümə etdi: Aytac Musayeva 


Paylaş
Şərh əlavə et