Bu gün:

"Bu gün yallılarımızın sədası Qarabağımızdadır"


24media.az-ın növbəti müsahibi folklorşünas Nigar Həsənovadır. O, əvvəlki illərlə müqayisədə indiki Novruz adət-ənənələri ilə bağlı suallarımızı cavablandırıb.

Müsahibənin əvvəlində o Novruz adət-ənənələrinin hələ də qorunub saxlandığı üçün bir folklorşünas tədqiqatçısı kimi çox nikbin olduğunu qeyd edib. 

Nigar Həsənova "Əvvəlki illərlə müqayisədə son illər Novruz adət-ənənələri nə dərəcədə qeyd edilir?" sualına belə cavab verdi:

"Xalqımız bütün gözəl adət-ənənələri kimi Novruz adətlərini çox gözəl qoruyub saxlayıb. Mən folklorşünas tədqiqatçısı kimi bu barədə çox nikbinəm. İzləyərkən, müşahidə edərkən hər bölgəmizin özünəməxsus adətlərinin zamanında icra edildiyini görmək mümkündür. Biz yalnız 30 il torpaqlarımızın işğalda olduğu müddətdə çox təntənəli şəkildə bayram etməyə utandıq. Bir tərəfdən itirilən torpaqlar və şəhidlərimiz, digər tərəfdən adətlərimizi uşaqlarımıza, gənclərimizə ötürmək istəyi ilə çətin dövr yaşadıq. Lakin adətlərimizi yaşatdıq. Bu gün tonqallarımızın çırtıltısı, həniri, yallılarımızın sədası Qarabağımızdadır, işğaldan azad olan yurd yerlərimizdədir".

Daha sonra Həsənova Novruzun gəlişini bildirən 4 çərşənbənin nəyi ifadə etdiyini izah edir:

"4 çərşənbə 4 ünsürü ifadə edir; su, od, hava, torpaq. Qədim türklər oda, suya müqəddəs baxıblar. Xalqımızın inanclarında gözəl adətlərimiz; ilaxır çərşənbələrini təntənəli qeyd etmək bu günümüzədək yaşayır".

Aminə Paşazadə

Paylaş
Şərh əlavə et